Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdiriləcək

© Sputnik / Murad OrujovDGK binası, arxiv şəkli
DGK binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.12.2022
Abunə olmaq
Qanuna dəyişiklik edilir. Komitə sədrinin sözlərinə görə, gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir.
BAKI, 14 dekabr — Sputnik. Malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdiriləcək.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında komitə sədri Tahir Mirkişili "Gömrük tarifi haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim edərkən deyib.
Bildirilib ki, idxal malları üzrə vergi və gömrük rüsumları malın gömrük dəyərindən hesablanır. Bu baxımdan gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Təklif olunan qanun layihəsi malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir.
Komitə sədri diqqətə çatdırıb ki, layihəyə əsasən, gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Qeyd edilib ki, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.
Malların gömrük dəyəri
Qeyd edək ki, malların gömrük dəyərini müəssisə malların sərhəddən keçirilməsi zamanı bəyan etməlidir.
"Gömrük tarifi haqqında" qanunun 12-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
malların sövdələşmə qiyməti ilə;
eyni malların sövdələşmə qiyməti ilə;
eynicinsli malların sövdələşmə qiyməti ilə;
dəyərin çıxılması üsulu ilə;
dəyərin toplanması üsulu ilə;
ehtiyat üsulu ilə.
Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, yuxarıda göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
Xəbər lenti
0