https://sputnik.az/20230407/azerbaycanda-yardimci-tikililere-de-icaze-teleb-olunacaq-453512522.html
Azərbaycanda yardımçı tikililərə də icazə tələb olunacaq
Azərbaycanda yardımçı tikililərə də icazə tələb olunacaq
Sputnik Azərbaycan
Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin... 07.04.2023, Sputnik Azərbaycan
2023-04-07T20:52+0400
2023-04-07T20:52+0400
2023-04-07T20:52+0400
tikili
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440935750_0:103:2000:1228_1920x0_80_0_0_8a8808dbaf004ee2ccbbdaa4e599729a.jpg
BAKI, 7 aprel - Sputnik. Azərbaycanda tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı azaldılır. Bununla bağlı Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından çıxarılır. Hazırda hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Layihəyə əsasən isə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmayacaq. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Xatırladaq ki, mövcud 79-cu maddə belədir: Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların.
https://sputnik.az/20230407/qaydalara-riayet-olunmadan-tikilmis-tikinti-obyektlerinin-istismarina-icaze-verilecek-453504695.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/08/440935750_114:0:1887:1330_1920x0_80_0_0_9fc0e9affb4c66405843532e9eb42d77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tikili
Azərbaycanda yardımçı tikililərə də icazə tələb olunacaq
Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından çıxarılır.
BAKI, 7 aprel - Sputnik. Azərbaycanda tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı azaldılır.
Bununla bağlı Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, hündürlüyü ən çox 5 metr, sahəsi 100 kvadratmetr olan birmərtəbəli yardımçı tikililər tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısından çıxarılır.
Hazırda hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur.
Layihəyə əsasən isə hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmayacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, mövcud 79-cu maddə belədir:
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:
79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların.