CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qaydalara riayət olunmadan tikilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək

© Sputnik / Emin AlisahibAğdamda yaşayış binalarının inşası
Ağdamda yaşayış binalarının inşası - Sputnik Azərbaycan, 1920, 07.04.2023
Abunə olmaq
Şəhərsalma və tikinti qanunvericiliyinin müəyyən etdiyi qaydalara riayət olunmadan inşa edilmiş bir çox tikinti obyektlərinin istismarına icazə verilməsi və mülkiyyət hüququnun rəsmiləşdirilməsi gözlənilir.
BAKI, 7 aprel - Sputnik. Tikintisi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun aparılmamış, 2023-cü il mayın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə verilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində müvafiq qurumun göstərdiyi xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilir. Haqqın məbləği və tətbiqi hallarını müvafiq qurum müəyyən edir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı qorunması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi, tikinti-quruculuq sahəsində mövcud olan hüquq münasibətlərinin daha dəqiq nizamlanması, tikinti obyektlərinin istismarına icazə prosedurunun və müddətinin optimallaşdırılması zərurəti nəzərə alınmaqla hazırlanıb.
Layihənin qəbulu nəticəsində uzun müddət ərzində şəhərsalma və tikinti qanunvericiliyinin müəyyən etdiyi qaydalara riayət olunmadan inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik baxımından müvafiq tələblərə cavab verən bir çox tikinti obyektlərinin istismarına icazə verilməsi və müvafiq şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi gözlənilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Xəbər lenti
0