Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Niger və Farer adaları arasında: FİFA reytinqində Azərbaycan komandası üçün yeni yer

© Sputnik / Murad OrujovAzərbaycan millisinin futbolçuları
Azərbaycan millisinin futbolçuları - Sputnik Azərbaycan, 1920, 06.04.2023
Abunə olmaq
AVRO-2024-ün seçmə mərhələsindəki ilk matçlar Azərbaycan millisinin FİFA-nın yenilənmiş reytinq cədvəlindəki mövqeyinə mənfi təsir göstərib.
BAKI, 6 aprel — Sputnik. Futbol üzrə Azərbaycan milli komandası Beynəlxalq Futbol Federasiyasının (FİFA) reytinq cədvəlində öz mövqeyini pisləşdirib.
FİFA cümə axşamı, aprelin 6-da 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin başlanğıc oyunlarına təsir göstərən milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Xatırladaq ki, Azərbaycan millisi AVRO-2024-ün kvalifikasiyası çərçivəsində Avstriya (1:4) və İsveç (0:5) komandalarına məğlub olub.
Bu məğlubiyyətlərin Canni De Byazinin yetirmələrinin FİFA reytinqindəki mövqeyinə mənfi təsir göstərməsi gözlənilir. Yenilənmiş siyahıda onlar üç pillə geriləyiblər və hazırda 124-cü yerdədirlər. Milli komandanın balansı 9,57 bənd aşağı düşüb və hazırda 1142,25 xal təşkil edir. Azərbaycan millisinin qonşuları Niger (123-cü yer, 1142,57) və Farer adaları (125-ci yer, 1138,98) komandalarıdır.
FİFA siyahısında milli komandanın AVRO-2024-ün seçmə mərhələsindəki rəqibləri belədir: Belçika 4-cü yer - 1792,53 xal, İsveç 22-ci yer - 1558,7 xal, Avstriya 32-ci yer - 1497,24 xal və Estoniya 108-ci yer - 1182,5 xal.
Postsovet ölkələri arasında 1530,04 göstərici ilə 30-cu yeri tutan Ukrayna komandası hələ də irəlidədir. Rusiya millisi FİFA və UEFA tərəfindən tətbiq edilən sanksiyalara görə yalnız yoldaşlıq oyunları keçirmək məcburiyyətində qalıb və 1495,53 xalla 37-ci yerdə qərarlaşıb.
FIFA reytinqinin ilk onluğu aşağıdakı kimidir:
1.
Argentina - 1840,93;
2.
Fransa - 1838,45;
3.
Braziliya - 1834,21;
4.
Belçika - 1792,53;
5.
İngiltərə - 1792,43;
6.
Hollandiya - 1731,23;
7.
Xorvatiya - 1730.02;
8.
İtaliya - 1713,66;
9.
Portuqaliya - 1707,22;
10.
İspaniya - 1682,85.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0