https://sputnik.az/20230403/qerb-bank-bohrani-ile-uz-uzedir-rusiya-sakit-ve-tehlukesiz-limana-cevrilir-453338093.html
Qərb bank böhranı ilə üz-üzədir. Rusiya sakit və təhlükəsiz limana çevrilir
Qərb bank böhranı ilə üz-üzədir. Rusiya sakit və təhlükəsiz limana çevrilir
Sputnik Azərbaycan
Qərb banklarının kütləvi şəkildə çökməsi ehtimalı sistemdə yığılan külli miqdarda borcla izah edilir. 03.04.2023, Sputnik Azərbaycan
2023-04-03T18:55+0400
2023-04-03T18:55+0400
2023-04-03T19:05+0400
bank
yazarlar
qərb
fed
sberbank
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453327588_0:78:3073:1806_1920x0_80_0_0_c1e2e248a982bb7ea9a111a0d6e13981.jpg
BAKI, 3 aprel — Sputnik. ABŞ hakimiyyəti mart ayında bankların çöküşünü dayandıra bildiklərini və bununla da böhrandan çıxmış kimi davranmağa çalışırlar. Əslində isə elə deyil. Böyük regional banklar risk altında qalıb, əmanətçilər onlardan pul çıxarmağa davam edirlər. İflas üçün növbəti sırada ABŞ-ın 14-cü ən böyük bankı olan "First Republic" dayanıb. İflasların ardıcıllığına gəldikdə, bir çoxları onların ilk növbədə kapitalı bir trilyon dollardan çox olan Amerika bankçılığının leviafanlarına faydalı olduğunu söylədi. Güya rəqibləri qəsdən müflis edirlər ki, pul onlara axsın. Bu belədir, ya yox, amma bu dəfə Federal ehtiyat sistemi maliyyə nəhənglərini "First Republic Bank"ın xilasında iştirak etməyə məcbur etdi. Ən zəngin banklar ona otuz milyard dollar ianə etdilər. Tezliklə aydın oldu ki, bu işə yaramır. "First Republic"in səhmləri bir-birinin ardınca dibə yuvarlandılar. Əgər onların dəyəri zirvədə 147 dollar idisə, hazırda 12-14 dollar arasında ticarət edirlər. Əmanətçilər isə pul çıxarmağa davam edirlər. "The Wall Street Journal" "First Republic"in məhvə məhkum olduğuna əmindir və bu barədə açıq yazır, baxmayaraq ki, Amerika mediası xoşagəlməz maliyyə həqiqətlərini vətəndaşlardan gizlətməyə adət edib. İflas infeksiyası sürətlə Avropaya yayıldı. Əfsanəvi İsveçrə "Credit Suisse" çökdü. Sonra "Deutche Bank" kimi nəhənglərin səhmləri pik həddinə çatdı. Bu gün Fransanın ən böyük banklarında "- BNP Paribas" və "Societe General"da vergidən yayınma ilə bağlı çoxsaylı axtarışlar aparılır. Ekspertlər Qərb banklarının kütləvi şəkildə çökməsi ehtimalını sistemdə yığılan külli miqdarda borcla izah edirlər. Maliyyə institutları illərdir ki, bir-birlərinə borc və yenidən kredit verirlər və nəticədə onların pullarının, təxminən 90%-i borc götürülür. Qeyri-mütəxəssis belə hökumətlərin axmaqlığının və bankların hərisliyinin təhlükəli xəttə gətirib çıxardığını görə bilər. Səlahiyyətlilərin mətbəəni işə salması səbəbindən keçən il ABŞ və Avropada inflyasiya səkkiz-iyirmi faiz arasında idi. Depozitlər üzrə dərəcələr praktiki olaraq artmayıb. Məsələn, İngiltərəyə nəzər salın. Orada yalnız rəsmi inflyasiya on bir faizdən çoxdur - real həyatda vəziyyət daha acınacaqlıdır. Ölkənin bütün əsas bankları illik əmanət üzrə 1,3%-dən az təklif edir. Amerikada vəziyyət eynidir, baxmayaraq ki, FED orada artıq bir ildir ki, uçot dərəcəsini artırır. İnflyasiya demək olar ki, on faiz təşkil edir. İllik əmanət üzrə orta "gəlir" 1,28%, beş illik əmanət üzrə isə 1,21% təşkil edir. Əşyaları öz adları ilə çağıran əmanətçi pulunu saxlamaq üçün banka pul ödəyir və bunu çox sadə şəkildə edir. Təbii ki, vətəndaşlar öz hesablarından pul çıxarıb istədikləri yerə yönəldirlər. Fərdlər əmanətlərini qənaətlə alış-verişə xərcləyirlər - əks halda pul yenə də inflyasiya tərəfindən yeyiləcək. Bizneslər və daha varlı insanlar qızıl almağa çalışaraq səhmlərə girişirlər. Ancaq burada həmişə hakimiyyətin qiymətli metalı qəfil müsadirə edəcəyi qorxusu var: məsələn, ABŞ-da özəl tacirlərə 1933-cü ildə qızıla sahib olmaq qadağan edilmişdi və bu qadağa 1974-cü ilə qədər qüvvədə idi. Amma istənilən halda tendensiya aydındır - əmanətçilər pullarını banklardan çıxarmağa çalışırlar. İlk zamanlar trilyoner banklar bu iqtisadi qasırğadan sığortalanmış kimi görünürdü. Ancaq bu belə deyil. Amerikanın ən böyük banklarının ötən il üçün hesabatı heyrətamizdir. ABŞ-ın dördüncü ən böyük bankı olan "Wells Fargo Group"un gəlirləri 2022-ci ildə 2021-ci ilə nisbətən 13 dəfə azalıb. Onun səhmləri bir il əvvəlkindən 27% azdır. İkinci ən böyük olan "Bank of America"nın səhmləri 35% azdır. Və beləliklə, onlarda hər yerdə vəziyyət bu cürdür. "CNBC" telekanalı iddia edir ki, bank sahibləri onların daimi baş direktoru, "böyük sıfırlama" ilə bağlı xarizmatik milyarder, Demokratlar Partiyasının fanatik tərəfdarı Ceymi Daymonu işdən çıxarmaq qərarına gəliblər. Yeri gəlmişkən, dünyanın 2023-cü ildə dözməli olacağı "iqtisadi qasırğa" ilə bağlı proqnozu da məhz o verib. Maraqlıdır ki, hesabatların dərcindən dərhal sonra bank səhmləri çökdü. Bəlkə də buna görə ABŞ-ın ən böyük maliyyə leviafanı "JP Morgan Chase" maliyyə hesabatlarını dərc etməyə tələsmir. Lakin əfsanəvi bank böyük qalmaqalın içinə düşdü. Qəfildən məlum oldu ki, Ceymi Daymon 2019-cu ildə Nyu York həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişən bədnam qadın taciri Cefri Epsteyn ilə birgə "gəzib-dolaşıb". Xeyr, bankirə hələ konkret zorakılıq hallarında ittiham irəli sürülməyib, lakin federallar onu Epsteynə yetkinlik yaşına çatmayan qızları VIP-lərə sataraq pul qazanmağa kömək etməkdə, bu pulları "JP Morgan Chase"nin hesablarında saxlamaqda və sərfəli şəkildə investisiya etməkdə şübhəli bilirlər. Ceymi Daymon bu barədə and içərək ifadə verəcəyini vəd edib. Bu yaraşıqlı ağ saçlı bəy onilliklərdir ki, dünyanı gəzir, bizi daha az istehlak etməyə, daha az yeyib-içməyə, iqlimi qorumağa, çoxalmanı dayandırmağa və hər kəsi təcili olaraq transgenderliyə keçməyə çağırır. İndi isə o, yetkinlik yaşına çatmayanlara qarşı kütləvi zorakılıq işi üzrə ifadə verəcək. Dünya şöhrəti beləcə keçib gedir. Bununla belə, bu yüksək qalmaqal "JP Morgan Chase"in hesabatı ilə bağlı məsələni özt-basdır etmək üçün nəzərdə tutulduğu təəssüratını yaratmır. Çünki belə bir nəhəngin səhmlərinin çökməsi hakimiyyətin hələ də nəyi gizlətməyə çalışdığını üzə çıxaracaq: bank böhranı artıq bütün Amerika və Avropanı bürüyüb. Bəs bu, dünyanın qalan hissəsi üçün nə dərəcədə təhlükəlidir? Axı amerikalılar öz problemlərini ixrac etməkdə tanınmış ustadırlar. Konkret olaraq, onun təcrid olunması Rusiyanın bank sektoruna sərf edir. Paradoksal olaraq, avstriyalı "Raiffeisen" 2022-ci ildə Avropa bankları arasında gəlir baxımından lider oldu və bu, onun məhz Rusiya bazarında demək olar ki, tək qalması səbəbindən baş verdi. Gəlir baxımından daha yaxşı nəticəni yalnız "Sberbank" göstərdi. Təbii ki, Avropa hakimiyyəti hazırda "Raiffeisen"ə Rusiyanı tərk etmək və hamı ilə birlikdə müflis olmaq üçün ciddi şəkildə təzyiq göstərir. Bu, bir daha sübut edir ki, ölkəmiz şiddətli iqtisadi qasırğada klassik təhlükəsiz limandır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/03/453327588_0:0:2731:2048_1920x0_80_0_0_95e8231bd43a6a6f32888ca36634fd89.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Viktoriya Nikiforova
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/1d/425334940_0:-1:150:150_100x100_80_0_0_fcc66cc062b3b16f895954dd9042b485.jpg
bank, qərb, fed, sberbank
bank, qərb, fed, sberbank
Qərb bank böhranı ilə üz-üzədir. Rusiya sakit və təhlükəsiz limana çevrilir
18:55 03.04.2023 (Yenilənib: 19:05 03.04.2023) Qərb banklarının kütləvi şəkildə çökməsi ehtimalı sistemdə yığılan külli miqdarda borcla izah edilir.
BAKI, 3 aprel — Sputnik. ABŞ hakimiyyəti mart ayında bankların çöküşünü dayandıra bildiklərini və bununla da böhrandan çıxmış kimi davranmağa çalışırlar. Əslində isə elə deyil. Böyük regional banklar risk altında qalıb, əmanətçilər onlardan pul çıxarmağa davam edirlər. İflas üçün növbəti sırada ABŞ-ın 14-cü ən böyük bankı olan "First Republic" dayanıb.
İflasların ardıcıllığına gəldikdə, bir çoxları onların ilk növbədə kapitalı bir trilyon dollardan çox olan Amerika bankçılığının leviafanlarına faydalı olduğunu söylədi. Güya rəqibləri qəsdən müflis edirlər ki, pul onlara axsın. Bu belədir, ya yox, amma bu dəfə Federal ehtiyat sistemi maliyyə nəhənglərini "First Republic Bank"ın xilasında iştirak etməyə məcbur etdi.
Ən zəngin banklar ona otuz milyard dollar ianə etdilər. Tezliklə aydın oldu ki, bu işə yaramır. "First Republic"in səhmləri bir-birinin ardınca dibə yuvarlandılar. Əgər onların dəyəri zirvədə 147 dollar idisə, hazırda 12-14 dollar arasında ticarət edirlər. Əmanətçilər isə pul çıxarmağa davam edirlər. "The Wall Street Journal" "First Republic"in məhvə məhkum olduğuna əmindir və bu barədə açıq yazır, baxmayaraq ki, Amerika mediası xoşagəlməz maliyyə həqiqətlərini vətəndaşlardan gizlətməyə adət edib.
İflas infeksiyası sürətlə Avropaya yayıldı. Əfsanəvi İsveçrə "Credit Suisse" çökdü. Sonra "Deutche Bank" kimi nəhənglərin səhmləri pik həddinə çatdı. Bu gün Fransanın ən böyük banklarında "- BNP Paribas" və "Societe General"da vergidən yayınma ilə bağlı çoxsaylı axtarışlar aparılır.
Ekspertlər Qərb banklarının kütləvi şəkildə çökməsi ehtimalını sistemdə yığılan külli miqdarda borcla izah edirlər. Maliyyə institutları illərdir ki, bir-birlərinə borc və yenidən kredit verirlər və nəticədə onların pullarının, təxminən 90%-i borc götürülür. Qeyri-mütəxəssis belə hökumətlərin axmaqlığının və bankların hərisliyinin təhlükəli xəttə gətirib çıxardığını görə bilər.
Səlahiyyətlilərin mətbəəni işə salması səbəbindən keçən il ABŞ və Avropada inflyasiya səkkiz-iyirmi faiz arasında idi. Depozitlər üzrə dərəcələr praktiki olaraq artmayıb. Məsələn, İngiltərəyə nəzər salın. Orada yalnız rəsmi inflyasiya on bir faizdən çoxdur - real həyatda vəziyyət daha acınacaqlıdır. Ölkənin bütün əsas bankları illik əmanət üzrə 1,3%-dən az təklif edir.
Amerikada vəziyyət eynidir, baxmayaraq ki, FED orada artıq bir ildir ki, uçot dərəcəsini artırır. İnflyasiya demək olar ki, on faiz təşkil edir. İllik əmanət üzrə orta "gəlir" 1,28%, beş illik əmanət üzrə isə 1,21% təşkil edir. Əşyaları öz adları ilə çağıran əmanətçi pulunu saxlamaq üçün banka pul ödəyir və bunu çox sadə şəkildə edir.
Təbii ki, vətəndaşlar öz hesablarından pul çıxarıb istədikləri yerə yönəldirlər. Fərdlər əmanətlərini qənaətlə alış-verişə xərcləyirlər - əks halda pul yenə də inflyasiya tərəfindən yeyiləcək. Bizneslər və daha varlı insanlar qızıl almağa çalışaraq səhmlərə girişirlər. Ancaq burada həmişə hakimiyyətin qiymətli metalı qəfil müsadirə edəcəyi qorxusu var: məsələn, ABŞ-da özəl tacirlərə 1933-cü ildə qızıla sahib olmaq qadağan edilmişdi və bu qadağa 1974-cü ilə qədər qüvvədə idi. Amma istənilən halda tendensiya aydındır - əmanətçilər pullarını banklardan çıxarmağa çalışırlar.
İlk zamanlar trilyoner banklar bu iqtisadi qasırğadan sığortalanmış kimi görünürdü. Ancaq bu belə deyil. Amerikanın ən böyük banklarının ötən il üçün hesabatı heyrətamizdir.
ABŞ-ın dördüncü ən böyük bankı olan "Wells Fargo Group"un gəlirləri 2022-ci ildə 2021-ci ilə nisbətən 13 dəfə azalıb. Onun səhmləri bir il əvvəlkindən 27% azdır. İkinci ən böyük olan "Bank of America"nın səhmləri 35% azdır. Və beləliklə, onlarda hər yerdə vəziyyət bu cürdür.
"CNBC" telekanalı iddia edir ki, bank sahibləri onların daimi baş direktoru, "böyük sıfırlama" ilə bağlı xarizmatik milyarder, Demokratlar Partiyasının fanatik tərəfdarı Ceymi Daymonu işdən çıxarmaq qərarına gəliblər. Yeri gəlmişkən, dünyanın 2023-cü ildə dözməli olacağı "iqtisadi qasırğa" ilə bağlı proqnozu da məhz o verib.
Maraqlıdır ki, hesabatların dərcindən dərhal sonra bank səhmləri çökdü. Bəlkə də buna görə ABŞ-ın ən böyük maliyyə leviafanı "JP Morgan Chase" maliyyə hesabatlarını dərc etməyə tələsmir. Lakin əfsanəvi bank böyük qalmaqalın içinə düşdü.
Qəfildən məlum oldu ki, Ceymi Daymon 2019-cu ildə Nyu York həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişən bədnam qadın taciri Cefri Epsteyn ilə birgə "gəzib-dolaşıb". Xeyr, bankirə hələ konkret zorakılıq hallarında ittiham irəli sürülməyib, lakin federallar onu Epsteynə yetkinlik yaşına çatmayan qızları VIP-lərə sataraq pul qazanmağa kömək etməkdə, bu pulları "JP Morgan Chase"nin hesablarında saxlamaqda və sərfəli şəkildə investisiya etməkdə şübhəli bilirlər. Ceymi Daymon bu barədə and içərək ifadə verəcəyini vəd edib.
Bu yaraşıqlı ağ saçlı bəy onilliklərdir ki, dünyanı gəzir, bizi daha az istehlak etməyə, daha az yeyib-içməyə, iqlimi qorumağa, çoxalmanı dayandırmağa və hər kəsi təcili olaraq transgenderliyə keçməyə çağırır. İndi isə o, yetkinlik yaşına çatmayanlara qarşı kütləvi zorakılıq işi üzrə ifadə verəcək.
Dünya şöhrəti beləcə keçib gedir.
Bununla belə, bu yüksək qalmaqal "JP Morgan Chase"in hesabatı ilə bağlı məsələni özt-basdır etmək üçün nəzərdə tutulduğu təəssüratını yaratmır. Çünki belə bir nəhəngin səhmlərinin çökməsi hakimiyyətin hələ də nəyi gizlətməyə çalışdığını üzə çıxaracaq: bank böhranı artıq bütün Amerika və Avropanı bürüyüb.
Bəs bu, dünyanın qalan hissəsi üçün nə dərəcədə təhlükəlidir? Axı amerikalılar öz problemlərini ixrac etməkdə tanınmış ustadırlar. Konkret olaraq, onun təcrid olunması Rusiyanın bank sektoruna sərf edir. Paradoksal olaraq, avstriyalı "Raiffeisen" 2022-ci ildə Avropa bankları arasında gəlir baxımından lider oldu və bu, onun məhz Rusiya bazarında demək olar ki, tək qalması səbəbindən baş verdi. Gəlir baxımından daha yaxşı nəticəni yalnız "Sberbank" göstərdi.
Təbii ki, Avropa hakimiyyəti hazırda "Raiffeisen"ə Rusiyanı tərk etmək və hamı ilə birlikdə müflis olmaq üçün ciddi şəkildə təzyiq göstərir. Bu, bir daha sübut edir ki, ölkəmiz şiddətli iqtisadi qasırğada klassik təhlükəsiz limandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.