https://sputnik.az/20230401/azerbaycan-boksculari-beynelxalq-turnirde-17-medal-qazanib-453291231.html
Azərbaycan boksçuları beynəlxalq turnirdə 17 medal qazanıb
Azərbaycan boksçuları beynəlxalq turnirdə 17 medal qazanıb
Sputnik Azərbaycan
Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. 01.04.2023, Sputnik Azərbaycan
2023-04-01T23:48+0400
2023-04-01T23:48+0400
2023-04-02T09:33+0400
idman
boks
boks turniri
boksçu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_0:160:3073:1888_1920x0_80_0_0_e844c92779e069594a9771daa8cccdc3.jpg.webp
BAKI, 1 aprel - Sputnik. Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.Federasiyadan apasport.az saytına verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.Digər boksçularımızdan Ucal Musayev, Faiq Mollayev, Eldar Abdullazadə, Azad Cavadzadə, Vaqif Hacıyev, Mirhəsən İbrahimov, Abbasqulu Şadlinski, Rüstəm Neymətov, Rövşən Abbasov, Rza Rzayev, Mircəlal Mirağayev, Fuad Babayev və Məhəmməd Cəfərov isə bürünc mükafat qazanıblar.Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, “üçlüy”ü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.Birincilikdə ən texnikalı boksçu adına Behruz Kurbonov (Özbəkistan), ən əzmkar boksçu adına Daniyar Akbısenov (Qazaxıstan) layiq görülüb. Məsməxanım Səlimova (Azərbaycan) ən yaxşı hakim adına sahib olub.Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu üz-üzə gəlib. Məhəmmədəli Məmmədliyə qalib gələn Əli Məmmədov birinci olub. Bürünc medallar Umar Madaminov (Qırğızıstan) və Səid Aslanzadəyə qismət olub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42216/17/422161750_170:0:2901:2048_1920x0_80_0_0_95806d6e14b65a49d83e363ce7a85d55.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks, boks turniri, boksçu, azərbaycan
boks, boks turniri, boksçu, azərbaycan
Azərbaycan boksçuları beynəlxalq turnirdə 17 medal qazanıb
23:48 01.04.2023 (Yenilənib: 09:33 02.04.2023) Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib.
BAKI, 1 aprel - Sputnik. Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnirə yekun vurulub.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Boks Mərkəzində keçirilən yarışda 11 ölkənin 100-dən artıq idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən yarışda 13 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan millisi turniri 17 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu komandanın heyətində Bilal Nəzərov, Zidan Hümbətov və Sübhan Babayev çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Elbrus Kərimli ikinci yerlə kifayətlənib.
Digər boksçularımızdan Ucal Musayev, Faiq Mollayev, Eldar Abdullazadə, Azad Cavadzadə, Vaqif Hacıyev, Mirhəsən İbrahimov, Abbasqulu Şadlinski, Rüstəm Neymətov, Rövşən Abbasov, Rza Rzayev, Mircəlal Mirağayev, Fuad Babayev və Məhəmməd Cəfərov isə bürünc mükafat qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 3 qızıl, 1 gümüş və 13 bürünc medalla bitirib.
Yarışda komanda hesabında Rusiya 34 xalla (4 qızıl, 3 gümüş, 3 bürünc) birinci yeri tutub və Heydər Əliyev kubokuna sahib olub. İkinci pilləyə Qazaxıstan (33 xal, 3-3-5) yiyələndiyi halda, “üçlüy”ü Azərbaycan (32 xal, 3-1-13) qapayıb.
Birincilikdə ən texnikalı boksçu adına Behruz Kurbonov (Özbəkistan), ən əzmkar boksçu adına Daniyar Akbısenov (Qazaxıstan) layiq görülüb. Məsməxanım Səlimova (Azərbaycan) ən yaxşı hakim adına sahib olub.
Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu üz-üzə gəlib. Məhəmmədəli Məmmədliyə qalib gələn Əli Məmmədov birinci olub. Bürünc medallar Umar Madaminov (Qırğızıstan) və Səid Aslanzadəyə qismət olub.