SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Netanyahu Azərbaycan XİN rəhbərini qəbul edib: Gələcəyə hədəflənən əməkdaşlığın müzakirəsi

© Alex KOLOMIENSKY / POOL / AFPsrailin Baş naziri Benyamin Netanyahu
srailin Baş naziri Benyamin Netanyahu  - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
BAKI, 29 mart - Sputnik. İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Netanyahu ilk öncə Azərbaycan Prezidenti İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib. Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycanın İsraildə Səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb.
Nazir ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.
Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
***
İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik Tvitterdə bildirib.
Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.
Görüş zamanı regional problemlər müzakirə edilib, ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.
Ceyhun Bayramov Holokost Memorial Kompleksini ziyarət edib
 - Sputnik Azərbaycan, 1920, 29.03.2023
SİYASƏT
Ceyhun Bayramov Holokost Memorial Kompleksini ziyarət edib
Xəbər lenti
0