SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Holokost Memorial Kompleksini ziyarət edib

© Photo : MFA AzerbaijanCeyhun Bayramov Holokost Memorial Kompleksini ziyarət edib
Ceyhun Bayramov Holokost Memorial Kompleksini ziyarət edib
 - Sputnik Azərbaycan, 1920, 29.03.2023
Abunə olmaq
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan XİN rəhbərinə səmimi sözlərinə görə minnətdarlığını bildirib.
BAKI, 29 mart - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində “Yad Vaşem” Holokost Memorial Kompleksini ziyarət edib.
Nazir abidə kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik tviter səhifəsində Azərbaycan XİN rəhbərinə minnətdarlığını bildirib: “Səmimi sözlərinizə görə təşəkkür edirəm”.
Azərbaycan Xarici İşlər Nazirliyi də C.Bayramov Holokost qurbanlarının xatirəsinə ucaldılan Yad Vaşem memorial kompleksini ziyarət etməsi barədə məlumat yayıb.
“Ziyarəti zamanı nazir Ceyhun Bayramov Holokost qurbanlarına həsr olunmuş abidənin önünə əklil qoyub.
Nazir 1953-cü ildən fəaliyyət göstərən memorial kompleksində, həmçinin, Holokost qurbanlarının sənədləri və fotoşəkillərinin sərgiləndiyi muzey və memorialın tədris mərkəzi ilə tanış olub, daha sonra kompleksin xatirə kitabını imzalayıb.
Ziyarət zamanı kompleksin rəhbəri Dani Dayan Azərbaycan nümayəndə heyətinin üzvlərinə memorial kompleksi barədə məlumat verib”, - XİN-dən bildirilib.
Xəbər lenti
0