https://sputnik.az/20230328/niyameddin-musayev-men-xosbext-senetciyem-ki-mahnilarim-butun-dovlerde-sevilir-453097521.html
Xalq artisti: "Mən xoşbəxt sənətçiyəm ki, mahnılarım bütün dövrlərdə sevilir"
Xalq artisti: "Mən xoşbəxt sənətçiyəm ki, mahnılarım bütün dövrlərdə sevilir"
Sputnik Azərbaycan
Bəstəkar Azər Hacıəsgərli hazırda "Youtube" platformasında "Trend"də olan "Dünya sənin, dünya mənim" mahnısının bu qədər ajiotaj yaratmasının səbəbinin... 28.03.2023, Sputnik Azərbaycan
2023-03-28T21:00+0400
2023-03-28T21:00+0400
2023-03-28T21:08+0400
musiqi
mədəniyyət
mahnı
rok ifaçısı
məmməd araz
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1c/453097366_0:0:750:423_1920x0_80_0_0_225d238bbe82190b50dc7908a1b472d1.jpg
BAKI, 28 mart — Sputnik. Günlərdir ki, "Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən "Dərviş band" qrupunun "Dünya sənin, dünya mənim" mahnısı müzakirə olunur. Qrupun ifası qısa vaxtda "Youtube" platformasında milyon baxış sayını keçib və sözügedən mahnı hazırda "trend"dədir.Mahnı yayımlanandan sonra tamaşaçılar arasında müxtəlif fikirlər səsləndi. Bəziləri sözügedən ifanı daha uğurlu, bəziləri isə uğursuz hesab etdi. Bəs görəsən, mahnının müəllifi, Xalq artisti Niyaməddin Musayev bu barədə nə düşünür? Xalq artisti mahnının özünün razılığı ilə oxunduğunu və ifanı bəyəndiyini bildirdi: Müğənninin sözlərinə görə, sözügedən mahnı Azərbaycanla yanaşı dünyanın başqa ölkələrində sevilib, ifa edilib:"Təvazökarlıqdan uzaq olsa da mənim bütün mahnılarım gənclər tərəfindən ifa edilib. Nəinki "Dünya sənin, dünya mənim" mahnısına, bütün mahnılarıma müraciət edirlər. Bu mahnıya gəldikdə isə hesab edirəm ki, çox uğurlu alınıb. Ən əsası odur ki, mahnını heç dəyişməyiblər. Çünki, mahnını dəyişsələr, onun fəlsəfəsi itər. Aranjımanı da, melodiya da çox uğurlu və yerindədir". Sözləri mərhum şair Məmməd Araza məxsus olan mahnı 1986-cı ildə yazılıb. Niyaməddin müəllimin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin sevdiyi bu mahnı 1988-ci ildə ilk dəfə televiziyada səsələnib.Xalq artisti əlavə edir ki, yaşlı sənətkarlar gənc sənətçilərə dəstək olmaldır:Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim və səs mütəxəssisi olaraq çalışan bəstəkar Azər Hacıəsgərli bildirir ki, hansısa mahnıya yeni "nəfəs" verilməsi bütün dünyada aktualdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230326/retro-musiqilerimizle-dunya-musiqisi-bir-arada---onlara-yeni-nefes-verilir---video-452642116.html
https://sputnik.az/20210401/Cavanir-Quliyev-Musiqimiz-d-dinlyicimiz-d-keyfiyytsizlir-426586087.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1c/453097366_67:0:710:482_1920x0_80_0_0_ed16b177267b58111528932ba3588cb1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, mahnı, rok ifaçısı, məmməd araz
musiqi, mahnı, rok ifaçısı, məmməd araz
Xalq artisti: "Mən xoşbəxt sənətçiyəm ki, mahnılarım bütün dövrlərdə sevilir"
21:00 28.03.2023 (Yenilənib: 21:08 28.03.2023) Bəstəkar Azər Hacıəsgərli hazırda "Youtube" platformasında "Trend"də olan "Dünya sənin, dünya mənim" mahnısının bu qədər ajiotaj yaratmasının səbəbinin Azərbaycanda rokun inkişaf etməməsində görür.
BAKI, 28 mart — Sputnik. Günlərdir ki, "Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinin final bölümündə qonaq qismində çıxış edən "Dərviş band" qrupunun "Dünya sənin, dünya mənim" mahnısı müzakirə olunur. Qrupun ifası qısa vaxtda "Youtube" platformasında milyon baxış sayını keçib və sözügedən mahnı hazırda "trend"dədir.
Mahnı yayımlanandan sonra tamaşaçılar arasında müxtəlif fikirlər səsləndi. Bəziləri sözügedən ifanı daha uğurlu, bəziləri isə uğursuz hesab etdi. Bəs görəsən, mahnının müəllifi, Xalq artisti Niyaməddin Musayev bu barədə nə düşünür?
Xalq artisti mahnının özünün razılığı ilə oxunduğunu və ifanı bəyəndiyini bildirdi:
"Mahnını "Dərviş band" qrupunun ifasında dinləmişəm və qrup üzvləri ilə də tanışam. Məni studiyalarına qonaq etdilər. Qrup üzvləri ilə tanış oldum. Gəncdirlər və mahnını özünəməxsus ifa ediblər. Azərbaycan milli estrada sənətinin təməlini qoyan bir adam kimi deyə bilərəm ki, əsas odur ki, mahnı xoş təsir bağışlayır. Bu mahnını başqa bir qrup da oxuyub, müğənnilər də oxuyub. Mahnının müəllifi özüm olsam da, mahnı xalqa məxsusdur, hər kəs oxuya bilər, təbii ki, mahnıya xələl gətirməmək şərti ilə".
Müğənninin sözlərinə görə, sözügedən mahnı Azərbaycanla yanaşı dünyanın başqa ölkələrində sevilib, ifa edilib:
"Təvazökarlıqdan uzaq olsa da mənim bütün mahnılarım gənclər tərəfindən ifa edilib. Nəinki "Dünya sənin, dünya mənim" mahnısına, bütün mahnılarıma müraciət edirlər. Bu mahnıya gəldikdə isə hesab edirəm ki, çox uğurlu alınıb. Ən əsası odur ki, mahnını heç dəyişməyiblər. Çünki, mahnını dəyişsələr, onun fəlsəfəsi itər. Aranjımanı da, melodiya da çox uğurlu və yerindədir".
Sözləri mərhum şair Məmməd Araza məxsus olan mahnı 1986-cı ildə yazılıb. Niyaməddin müəllimin sözlərinə görə, Ulu öndər Heydər Əliyevin sevdiyi bu mahnı 1988-ci ildə ilk dəfə televiziyada səsələnib.
Xalq artisti əlavə edir ki, yaşlı sənətkarlar gənc sənətçilərə dəstək olmaldır:
"Biz gənc olanda bizdən yaşlı nəsillər bizə dəstək olub, bizim də borcumuzdur ki, gənclərə dəstək olaq. Musiqi köynək deyil ki, deyəsən harasısa xoşuma gəlmir. O elə bir məfhumdur ki, onu gərək dərindən hiss edəsən, qiymətləndirə biləsən. Hərə bir fikir səsləndirdi. Bəyənənlər də oldu, bəyənməyənlər də. Bəziləri də deyir ki, mahının sözlərini indi eşidirik, təzədən əmələ gəldi. İnsanlar fərqli olduğu kimi, fikirlər də müxtəlifdir. Mən bu fikirləri normal qarşılayıram. Əsas odur ki, mahnı unudulmayıb. Bu çox böyük uğurdur. Mən xoşbəxt sənətçiyəm ki, mənim mahnılarım bütün dövlərdə sevilir".
""Dərviş band" qrupu ilə "Dünya sənin, dünya mənim" mahnısını duet şəklində ifa etdik. Yaxın günlərdə təqdim ediləcək. Duetimiz yaxşı alınıb. Ümumiyyətlə, bu mahnımı çox müğənni oxuyur. Mənim mahnılarımı bütün gənclər sevirlər. Həm milli ruhdadır, həm də müasirdir", - deyə musiqiçi bildirdi.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim və səs mütəxəssisi olaraq çalışan bəstəkar Azər Hacıəsgərli bildirir ki, hansısa mahnıya yeni "nəfəs" verilməsi bütün dünyada aktualdır.
"Musiqidə "Neo" anlayışı bütün dünyada var. Bu, çox yaxşıdır, çünki 20 il öncə yazılmış musiqini cavan nəslə bu dövrün tələblərinə uyğun təqdim edirsən. Əslində bu, çox böyük riskdir. Məsələn, Faiq Ağayev "Səni əvəz eləmir" mahnısını 20 il öncə oxuyub, yenidən o mahnıya qayıtdı. Tamaşaçı onu qəbul etməyə də bilərdi. Eləcə də Niyaməddin müəllimin mahnısını da tamaşaçı qəbul etməyə də bilərdi. Mahnının bu qədər ajiotaj yaratmağının səbəbi odur ki, Azərbaycan tamaşaçıları roka həsrət qalıb", - deyə bəstəkar fikrini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.