https://sputnik.az/20230327/dn-ramazan-ayinda-rast-gelinen-deleduzluqla-bagli-vetendaslara-xeberdarliq-edib-453045690.html
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib
Sputnik Azərbaycan
Daxili İşlər Nazirliyi vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı... 27.03.2023, Sputnik Azərbaycan
2023-03-27T13:57+0400
2023-03-27T13:57+0400
2023-03-27T13:59+0400
cəmiyyət
ramazan ayı
dələduzluq
vətəndaş
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_0:79:1080:687_1920x0_80_0_0_5a3ac26e8bcbef62f7fa2cb9949f2c91.jpg
BAKI, 27 mart — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib. DİN-in Mətbuat Xidmətindən daxil olan xəbərdarlıqda deyilir: "Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik". Qeyd edək ki, martın 23-ü cümə axşamı müqəddəs Ramazan ayı başlayıb. Ramazan ayının başlanğıcı Qəməri təqvimi ilə müəyyən edilir və orucun müddəti 29 və ya 30 gündür. Bu il aprelin 21-22-si orucun bitmə vaxtıdır, yəni bu günlərdə Ramazan (Fitrə) bayramı elan ediləcək.
https://sputnik.az/20230323/muqeddes-ramazan-ayinin-esas-qaydalari-452835310.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_38:0:998:720_1920x0_80_0_0_3dde4b14ab4da35aac653293c09a1de1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ramazan ayı, dələduzluq, vətəndaş
ramazan ayı, dələduzluq, vətəndaş
DİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib
13:57 27.03.2023 (Yenilənib: 13:59 27.03.2023) Daxili İşlər Nazirliyi vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edir
BAKI, 27 mart — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.
DİN-in Mətbuat Xidmətindən daxil olan xəbərdarlıqda deyilir:
"Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik".
Qeyd edək ki, martın 23-ü cümə axşamı müqəddəs Ramazan ayı başlayıb. Ramazan ayının başlanğıcı Qəməri təqvimi ilə müəyyən edilir və orucun müddəti 29 və ya 30 gündür. Bu il aprelin 21-22-si orucun bitmə vaxtıdır, yəni bu günlərdə Ramazan (Fitrə) bayramı elan ediləcək.