Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Müqəddəs Ramazan ayının əsas qaydaları

Abunə olmaq
Sputnik Azərbaycan infoqrafikasında orucu pozan və pozmayan əməllərin siyahısı yer alıb.
Martın 23-ü cümə axşamı müqəddəs Ramazan ayı başlayıb. Müsəlmanlara bu dövrdə oruc tutmaq dinin əsaslarından biri olduğu üçün müqəddəs kitablar tərəfindən əmr edilib. Lakin çox vaxt məlumatsız insanlar Ramazan ayında onun nəfsini poza biləcək əməllərdən xəbərsiz olurlar.
Ramazan düşüncə və mənəvi təmizlənmə vaxtıdır, bunun üçün müsəlman bir müddət çox şeydən imtina etməlidir: su və yemək, dərman, cinsi əlaqə, siqaret və s. Oruc tutarkən səhv və ya unutqanlıq orucu pozmur.
Orucu pozmayan on əməl də var ki, bunlara da göz, qulaq və burun damcılarının, astma və oksigen inqalyatorlarının istifadəsi, dişlərin fırçalanması daxildir. Ətrin qoxusu boğaza çatmadığı və ürək bulantısı vermədiyi halda parfümə icazə verilir.
Ramazan ayının başlanğıcı Qəməri təqvimi ilə müəyyən edilir və orucun müddəti 29 və ya 30 gündür. Bu il aprelin 21-22-si orucun bitmə vaxtıdır, yəni bu günlərdə Ramazan (Fitrə) bayramı elan ediləcək.
Xəbər lenti
0