https://sputnik.az/20230325/avro-2024-avstriya-ve-azerbaycan-millilerinin-start-heyetleri-belli-olub-452992515.html
AVRO-2024: Azərbaycan yığması Avstriya ilə keçirdiyi ilk oyunda məğlub oldu
AVRO-2024: Azərbaycan yığması Avstriya ilə keçirdiyi ilk oyunda məğlub oldu
Sputnik Azərbaycan
Linz şəhərindəki “Raiffeisen Arena”da keçirilən matçda Avstriya yığması Azərbaycan millisinin qapısından 4 top keçirib. 25.03.2023, Sputnik Azərbaycan
2023-03-25T01:36+0400
2023-03-25T01:36+0400
2023-03-25T01:46+0400
idman
avro
futbol
avstriya
canni de byazi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/09/447236307_0:0:3539:1992_1920x0_80_0_0_fe2965342ab6ba0d31c862012abde4b5.jpg
BAKI, 25 mart - Sputnik. Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk qolları meydan sahibləri 28 və 29-cu dəqiqələrdə vurublar. Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib. Meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.64-cü dəqiqədə Azərbaycan yığmasının oyunçusu Emin Mahmudov topu rəqib qapısından keçirib. 69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb və Avstriya seçməsi 4:1 hesabı ilə öncüllüyünü sübut edib. ***Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb.Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.***AVRO-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot TraunerBaş məşqçi: Ralf RanqnikAzərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can KökçüBaş məşqçi: Canni De ByaziQeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/09/447236307_117:0:2846:2047_1920x0_80_0_0_7e4c6524300319d8db7aa9a51f6fad4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avro, futbol, avstriya, canni de byazi
avro, futbol, avstriya, canni de byazi
AVRO-2024: Azərbaycan yığması Avstriya ilə keçirdiyi ilk oyunda məğlub oldu
01:36 25.03.2023 (Yenilənib: 01:46 25.03.2023) Linz şəhərindəki “Raiffeisen Arena”da keçirilən matçda Avstriya yığması Azərbaycan millisinin qapısından 4 top keçirib.
BAKI, 25 mart - Sputnik. Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.
Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Linz şəhərində Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyununda ilk qolları meydan sahibləri 28 və 29-cu dəqiqələrdə vurublar.
Müvafiq olaraq kapitan Marsel Sabitzer və Mixael Qreqoritş Azərbaycan yığmasını mərkəzə dəvət edib. Meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollanıblar.
50-ci dəqiqədə kapitan Marsel Sabitzer özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
64-cü dəqiqədə Azərbaycan yığmasının oyunçusu Emin Mahmudov topu rəqib qapısından keçirib.
69-cu dəqiqədə Kristof Baumqartner adını tabloya yazdırıb və Avstriya seçməsi 4:1 hesabı ilə öncüllüyünü sübut edib.
Linz şəhərindəki “Raiffeisen Arena”da Avstriya və Azərbaycan milliləri arasında AVRO-2024-ün seçmə mərhələsinin I tur oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də start götürüb.
Matçı polşalı Bartoş Frankovskinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.
AVRO-2024-ün seçmə mərhələsinin I turunda üz-üzə gələcək Avstriya və Azərbaycan millilərinin start heyətləri bəlli olub.
Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Avstriya: 1. Haynts Lindner (GK) 2. Maksimilian Vöber, 3. Kevin Danso, 6. Nikolas Seyvald, 9. Marsel Sabitzer (k), 11. Mixael Qreqoritş, 16. Filipp Muene, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 23. Qernot Trauner
Azərbaycan: 12. Yusif İmanov (GK) 3. Elvin Cəfərquliyev. 4. Bəhlul Mustafazadə. 6. Höccət Haqverdi. 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bəxtiyar Həsənalızadə, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü
Baş məşqçi: Canni De Byazi
Qeyd edək ki, bu gün Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.