https://sputnik.az/20230323/101-metrden-vurulan-qol-gormusdunuz---buyurun-baxin---video-452963800.html
101 metrdən vurulan qol görmüşdünüz? - Buyurun baxın - Video
101 metrdən vurulan qol görmüşdünüz? - Buyurun baxın - Video
Sputnik Azərbaycan
Bundan əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən qol 96,01 metrdən vurulub. Həmin qolun müəllifi 2021-ci ildə “Nyuport”un qapıçısı Tom Kinq olub. 23.03.2023, Sputnik Azərbaycan
2023-03-23T09:42+0400
2023-03-23T09:42+0400
2023-03-23T09:45+0400
idman
qol
maraqlı
çili
argentina
qapıçı
https://cdnn1.img.sputnik.az/img/41582/60/415826021_0:7:1736:984_1920x0_80_0_0_ad3436f627fdaf2f0f9a84fc9ea326c2.jpg
BAKI, 23 mart - Sputnik. Çilinin "Kobresal" klubunun argentinalı qapıçısı Leandro Rekena inanılmaz qola imza atıb.“Kolo-Kolo” klubu ilə Çili çempionatı oyununun 77-ci dəqiqəsində “Kobresal” 2:0 hesabı ilə öndə olarkən qapıçı topu güclü zərbə ilə qarşı tərəfə göndərib.“Kolo-Kolo”nun qapıçısı Brayan Kortez mövqeyindən xeyli uzaqlaşdığı üçün topun qapıdan keçməsinə mane ola bilməyib.“TNT Sports Chile”nin məlumatına görə, Rekena qolu 101 metr məsafədən vurub və bu da mütləq rekordun qırıla biləcəyi deməkdir. Daha əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən qol 96,01 metrdən vurulub. Bunu 2021-ci ildə “Nyuport”un qapıçısı Tom Kinq bacarıb.Matçdan sonra Rekena klubun “Ginnesin rekordlar” kitabına müraciət edəcəyini açıqlayıb.(Azərtac)Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41582/60/415826021_44:0:1736:1269_1920x0_80_0_0_dd57fb1bfbb63cabd35dd419215c5fef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qol, maraqlı, çili, argentina, qapıçı
qol, maraqlı, çili, argentina, qapıçı
101 metrdən vurulan qol görmüşdünüz? - Buyurun baxın - Video
09:42 23.03.2023 (Yenilənib: 09:45 23.03.2023) Bundan əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən qol 96,01 metrdən vurulub. Həmin qolun müəllifi 2021-ci ildə “Nyuport”un qapıçısı Tom Kinq olub.
BAKI, 23 mart - Sputnik. Çilinin "Kobresal" klubunun argentinalı qapıçısı Leandro Rekena inanılmaz qola imza atıb.
“Kolo-Kolo” klubu ilə Çili çempionatı oyununun 77-ci dəqiqəsində “Kobresal” 2:0 hesabı ilə öndə olarkən qapıçı topu güclü zərbə ilə qarşı tərəfə göndərib.
“Kolo-Kolo”nun qapıçısı Brayan Kortez mövqeyindən xeyli uzaqlaşdığı üçün topun qapıdan keçməsinə mane ola bilməyib.
“TNT Sports Chile”nin məlumatına görə, Rekena qolu 101 metr məsafədən vurub və bu da mütləq rekordun qırıla biləcəyi deməkdir. Daha əvvəl rəsmi oyunlarda ən uzaq məsafədən qol 96,01 metrdən vurulub. Bunu 2021-ci ildə “Nyuport”un qapıçısı Tom Kinq bacarıb.
Matçdan sonra Rekena klubun “Ginnesin rekordlar” kitabına müraciət edəcəyini açıqlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.