https://sputnik.az/20230321/si-tszinpin-putinle-temaslari-davam-etdireceyine-umid-edir-452932622.html
Si Tszinpin Putinlə təmasları davam etdirəcəyinə ümid edir
Si Tszinpin Putinlə təmasları davam etdirəcəyinə ümid edir
Sputnik Azərbaycan
Çin lideri Rusiya prezidenti Vladimir Putinlə bütün formalarda təmasları davam etdirməyi gözlədiyini bildirib. 21.03.2023, Sputnik Azərbaycan
2023-03-21T20:28+0400
2023-03-21T20:28+0400
2023-03-21T22:35+0400
dünya xəbərləri
çin xalq respublikasının sədri si tszinpin
rusiya prezidenti vladimir putin
vladimir putin
çin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772979_0:0:2828:1591_1920x0_80_0_0_e2e883021c39c955003e7a934d81aa82.jpg
BAKI, 21 mart — Sputnik. Çin-Rusiya əlaqələri ikitərəfli münasibətlərdən kənara çıxıb və dünya nizamı üçün böyük əhəmiyyət kəsb edir, Çin lideri Si Tszinpin çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib. “Prezident Putinlə mən son 10 ildə ikitərəfli münasibətlərin inkişafının nəticələrinə yekun vurduq və razılaşdıq ki, Çin-Rusiya əlaqələri ikitərəfli münasibətlərdən xeyli kənara çıxıb və müasir dünya nizamı və bəşəriyyətin taleyi üçün həyati əhəmiyyət kəsb edir", - o, danışıqlardan sonra birgə mətbuata açıqlamasında bildirib. "Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq BMT Nizamnaməsinə əsaslanan beynəlxalq münasibətlər normalarını dəstəkləməyə davam edəcəklər", - ÇXR sədri deyib. “Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin fundamental normalarını qətiyyətlə dəstəkləməyə davam edəcəklər”, - deyə o bildirib. "Biz BRİKS, ŞƏT, G20 daxil olmaqla çoxtərəfli mexanizmlər çərçivəsində əməkdaşlığı gücləndirəcək və əsl çoxtərəfliliyi təşviq edəcəyik", - Tszinpin vurğulayıb. Çin lideri 10 ildir ki, Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqə saxladığını və strateji məsələlərdə təmasda olduğunu deyib. Tszinpin Putinlə danışıqları "məhsuldar" adlandırıb. "10 ildir ki, prezident Putinlə mən sıx əlaqələr saxlayırıq, strateji məsələlərdə təmasdayıq və iki ölkə arasında səmərəli strateji əməkdaşlığı stimullaşdırırıq", - Si deyib. “Biz indicə prezident Putinlə çox səmimi, mehriban və məhsuldar danışıqlar apardıq”, - o, əlavə edib. Çin lideri Rusiya prezidenti Vladimir Putinlə bütün formalarda təmasları davam etdirməyi gözlədiyini bildirib. "Mən Çin-Rusiya münasibətlərinin dinamik və uzunmüddətli inkişafı üçün prezident Vladimir Putinlə müxtəlif formalarda sıx əlaqə saxlamağı səbirsizliklə gözləyirəm", - Si çərşənbə axşamı Rusiya paytaxtında deyib.
https://sputnik.az/20230321/muhum-mesajlar-rusiya-ve-cin-liderleri-arasinda-genis-terkibde-danisiqlar-baslayib-452929922.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/17/426772979_200:0:2713:1885_1920x0_80_0_0_17c3de3d16210137889f59e38a454009.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin xalq respublikasının sədri si tszinpin, rusiya prezidenti vladimir putin, vladimir putin, çin, rusiya
çin xalq respublikasının sədri si tszinpin, rusiya prezidenti vladimir putin, vladimir putin, çin, rusiya
Si Tszinpin Putinlə təmasları davam etdirəcəyinə ümid edir
20:28 21.03.2023 (Yenilənib: 22:35 21.03.2023) Çin lideri Rusiya prezidenti Vladimir Putinlə bütün formalarda təmasları davam etdirməyi gözlədiyini bildirib.
BAKI, 21 mart — Sputnik. Çin-Rusiya əlaqələri ikitərəfli münasibətlərdən kənara çıxıb və dünya nizamı üçün böyük əhəmiyyət kəsb edir, Çin lideri Si Tszinpin çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra deyib.
“Prezident Putinlə mən son 10 ildə ikitərəfli münasibətlərin inkişafının nəticələrinə yekun vurduq və razılaşdıq ki, Çin-Rusiya əlaqələri ikitərəfli münasibətlərdən xeyli kənara çıxıb və müasir dünya nizamı və bəşəriyyətin taleyi üçün həyati əhəmiyyət kəsb edir", - o, danışıqlardan sonra birgə mətbuata açıqlamasında bildirib.
"Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq BMT Nizamnaməsinə əsaslanan beynəlxalq münasibətlər normalarını dəstəkləməyə davam edəcəklər", - ÇXR sədri deyib.
“Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq ictimaiyyətlə birlikdə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin fundamental normalarını qətiyyətlə dəstəkləməyə davam edəcəklər”, - deyə o bildirib.
"Biz BRİKS, ŞƏT, G20 daxil olmaqla çoxtərəfli mexanizmlər çərçivəsində əməkdaşlığı gücləndirəcək və əsl çoxtərəfliliyi təşviq edəcəyik", - Tszinpin vurğulayıb.
Çin lideri 10 ildir ki, Rusiya prezidenti Vladimir Putinlə sıx əlaqə saxladığını və strateji məsələlərdə təmasda olduğunu deyib.
Tszinpin Putinlə danışıqları "məhsuldar" adlandırıb.
"10 ildir ki, prezident Putinlə mən sıx əlaqələr saxlayırıq, strateji məsələlərdə təmasdayıq və iki ölkə arasında səmərəli strateji əməkdaşlığı stimullaşdırırıq", - Si deyib.
“Biz indicə prezident Putinlə çox səmimi, mehriban və məhsuldar danışıqlar apardıq”, - o, əlavə edib.
Çin lideri Rusiya prezidenti Vladimir Putinlə bütün formalarda təmasları davam etdirməyi gözlədiyini bildirib.
"Mən Çin-Rusiya münasibətlərinin dinamik və uzunmüddətli inkişafı üçün prezident Vladimir Putinlə müxtəlif formalarda sıx əlaqə saxlamağı səbirsizliklə gözləyirəm", - Si çərşənbə axşamı Rusiya paytaxtında deyib.