https://sputnik.az/20230321/muhum-mesajlar-rusiya-ve-cin-liderleri-arasinda-genis-terkibde-danisiqlar-baslayib-452929922.html
Rusiya və Çin arasında sənədlər imzalanıb
Rusiya və Çin arasında sənədlər imzalanıb
Sputnik Azərbaycan
Putin və Si Tszinpin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar. 21.03.2023, Sputnik Azərbaycan
2023-03-21T19:41+0400
2023-03-21T19:41+0400
2023-03-21T19:57+0400
rusiya
çin
çin xalq respublikasının sədri si tszinpin
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/03/14/452910798_0:0:2943:1655_1920x0_80_0_0_e198e14e2b9475e64d1992e31156802e.jpg
BAKI, 21 mart - Sputnik. Kremldə keçirilən rəsmi danışıqlardan sonra Vladimir Putin və ÇXR sədri Si Tszinpin iki sənəd - iqtisadi əməkdaşlıq planları və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanat imzalayıblar. Rusiya liderinin qeyd etdiyi kimi, görüş uğurlu və konstruktiv keçib.***Kremldə Rusiya və Çin liderləri Vladimir Putun və Si Tszinpin arasında geniş tərkibdə danışıqlar başlayıb.Rusiya tərəfdən danışıqlara baş nazirin müavinləri, iqtisadi blokun nazirləri, “Rosatom” və “Rosneft”in rəhbərləri iştirak edir.“Yenicə yekunlaşan dar formatlı danışıqlarda Rusiya-Çin əlaqələrinin gələcək inkişafı perspektivləri və dünya miqyasında koordinasiyanın gücləndirilməsi ilə bağlı çox məzmunlu və səmimi fikir mübadiləsi aparılıb”, - Rusiya lideri bildirib. O qeyd edib ki, danışıqların davamında dövlət başçıları və nümayəndə heyətləri müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin praktiki aspektlərini ətraflı nəzərdən keçirməli olacaqlar.Putin danışıqlar zamanı bildirib ki, Rusiya Federasiyanı tərk edən müəssisələrin əvəzinə Çin biznesini dəstəkləməyə hazırdır. Onun sözlərinə görə, Rusiya biznesi Çinin artan enerji tələblərini həm müqavilərlə, həm də digər vasitələrlə ödəyə bilər. "Rusiya Asiya və Latın Amerikası arasında yuan ticarətini dəstəkləyəcək", - deyə Putin bildirib.Çinin sədri Si Tszinpin isə öz növbəsində qeyd edib ki, Çin-Rusiya münasibətləri sağlam inkişaf sürəti nümayiş etdirir:"Bizim ümumi səylərimiz sayəsində Rusiya-Çin münasibətləri sağlam və davamlı inkişaf dinamikası nümayiş etdirir. Ölkələrimiz arasında siyasi qarşılıqlı etimad dərinləşir, ümumi maraqlar çoxalır".Qeyd edək ki, Si Tszinpin üçüncü müddətə dövlət başçısı seçildikdən sonra ilk xaricə səfəri martın 20-də Rusiyaya gerçəkləşdirib. Tszinpin deyib ki, Pekin və Moskva etibarlı tərəfdaşdır. Sakitlikdən uzaq bir dünyada ÇXR Rusiya ilə birlikdə beynəlxalq hüququn keşiyində qətiyyətlə durmağa hazırdır. Çin rəhbərinin Rusiya Federasiyası Prezidentinin dəvəti ilə səfəri martın 22-dək davam edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/14/452910798_212:0:2943:2048_1920x0_80_0_0_c5a8baa9d4343200122721354c58a5b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, çin xalq respublikasının sədri si tszinpin, putin, rusiya prezidenti vladimir putin
çin, çin xalq respublikasının sədri si tszinpin, putin, rusiya prezidenti vladimir putin
Rusiya və Çin arasında sənədlər imzalanıb
19:41 21.03.2023 (Yenilənib: 19:57 21.03.2023) Putin və Si Tszinpin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.
BAKI, 21 mart - Sputnik. Kremldə keçirilən rəsmi danışıqlardan sonra Vladimir Putin və ÇXR sədri Si Tszinpin iki sənəd - iqtisadi əməkdaşlıq planları və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanat imzalayıblar.
Rusiya liderinin qeyd etdiyi kimi, görüş uğurlu və konstruktiv keçib.
Kremldə Rusiya və Çin liderləri Vladimir Putun və Si Tszinpin arasında geniş tərkibdə danışıqlar başlayıb.
Rusiya tərəfdən danışıqlara baş nazirin müavinləri, iqtisadi blokun nazirləri, “Rosatom” və “Rosneft”in rəhbərləri iştirak edir.
“Yenicə yekunlaşan dar formatlı danışıqlarda Rusiya-Çin əlaqələrinin gələcək inkişafı perspektivləri və dünya miqyasında koordinasiyanın gücləndirilməsi ilə bağlı çox məzmunlu və səmimi fikir mübadiləsi aparılıb”, - Rusiya lideri bildirib. O qeyd edib ki, danışıqların davamında dövlət başçıları və nümayəndə heyətləri müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin praktiki aspektlərini ətraflı nəzərdən keçirməli olacaqlar.
Putin danışıqlar zamanı bildirib ki, Rusiya Federasiyanı tərk edən müəssisələrin əvəzinə Çin biznesini dəstəkləməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya biznesi Çinin artan enerji tələblərini həm müqavilərlə, həm də digər vasitələrlə ödəyə bilər.
"Rusiya Asiya və Latın Amerikası arasında yuan ticarətini dəstəkləyəcək", - deyə Putin bildirib.
Çinin sədri Si Tszinpin isə öz növbəsində qeyd edib ki, Çin-Rusiya münasibətləri sağlam inkişaf sürəti nümayiş etdirir:
"Bizim ümumi səylərimiz sayəsində Rusiya-Çin münasibətləri sağlam və davamlı inkişaf dinamikası nümayiş etdirir. Ölkələrimiz arasında siyasi qarşılıqlı etimad dərinləşir, ümumi maraqlar çoxalır".
Qeyd edək ki, Si Tszinpin üçüncü müddətə dövlət başçısı seçildikdən sonra ilk xaricə səfəri martın 20-də Rusiyaya gerçəkləşdirib.
Tszinpin deyib ki, Pekin və Moskva etibarlı tərəfdaşdır. Sakitlikdən uzaq bir dünyada ÇXR Rusiya ilə birlikdə beynəlxalq hüququn keşiyində qətiyyətlə durmağa hazırdır.
Çin rəhbərinin Rusiya Federasiyası Prezidentinin dəvəti ilə səfəri martın 22-dək davam edəcək.