Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mbappe Fransa yığmasının yeni kapitanı təyin olunub

© AFP 2023 / FRANCK FIFEKilian Mbappe
Kilian Mbappe - Sputnik Azərbaycan, 1920, 21.03.2023
Abunə olmaq
Martın 24-də Fransa millisi Avropa çempionatı - 2024-ün seçmə mərhələsi çərçivəsində Niderlandı qəbul edəcək.
BAKI, 21 mart — Sputnik. L'Equipe-nin məlumatına görə, Kilian Mbappe məşqçilər korpusu tərəfindən Fransa milli futbol komandasının yeni kapitanı seçilib.
Əvvəllər kapitan Qatarda keçirilən dünya çempionatından sonra milli komandadakı çıxışını başa vuran qapıçı Huqo Lloris idi.
Mbappenin 24 yaşı var, Fransa millisində 66 oyun keçirib və 36 qol vurub. 2018-ci ildə komandanın tərkibində Rusiyada keçirilən turnirdə dünya çempionu olub.
Martın 24-də Fransa millisi Avropa çempionatı - 2024-ün seçmə mərhələsinin ilk turu çərçivəsində Niderland yığmasını qəbul edəcək.
Fransalı hücumçu Kilian Mbappe - Sputnik Azərbaycan, 1920, 03.02.2024
İDMAN
KİV: Mbappe mövsümün sonunda “Real”a keçməyə qərar verib
Xəbər lenti
0