Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Ermənistandakı Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib

© AFP 2023 / JOSEP LAGOAğırlıqqaldırma üzrə yarış
Ağırlıqqaldırma üzrə yarış - Sputnik Azərbaycan, 1920, 20.03.2023
Abunə olmaq
Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək.
BAKI, 20 mart - Sputnik. Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatı üçün sifariş ərizəsini təqdim edib.
AAAF-in Mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev "Report"a bildirib ki, heyətdə kişilərdən İsa Rüstəmov (67), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq), qadınlardan isə Nazilə İsmayılova (49 kq) yer alıb.
Federasiya rəsmisi deyib ki, bu, ilkin siyahıdır və yarışa həmin idmançılardan kimlərin qatılacağı dəqiq deyil.
Qeyd edək ki, yarış aprelin 15-dən 23-dək keçiriləcək.
Güləş yarışı - Sputnik Azərbaycan, 1920, 20.03.2023
İDMAN
Güləş üzrə Azərbaycan millisi Avropanın ən güclüsü olub
Xəbər lenti
0