Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan idmançıları İrəvanda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirlər

© AFP 2024 / JOSEP LAGOAğırlıqqaldırma üzrə yarış
Ağırlıqqaldırma üzrə yarış - Sputnik Azərbaycan, 1920, 17.03.2023
Abunə olmaq
Federasiya rəsmisi bildirib ki, artıq beynəlxalq sistemdə iştiraklarını təsdiqləyiblər, lakin qarşı tərəflə təhlükəsizliklə bağlı təmaslar olmalıdır.
BAKI, 17 mart — Sputnik. Azərbaycan ağırlıqqaldıranları Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirlər.
Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev açıqlama verib.
Federasiya rəsmisi bildirib ki, artıq beynəlxalq sistemdə iştiraklarını təsdiqləyiblər:
"Lakin qarşı tərəflə təhlükəsizliklə bağlı təmaslar olmalıdır. Danışıqlara hələ başlanılmayıb. Prosedur qaydalarına uyğun olaraq, Ermənistan tərəfi təhlükəsizliklə bağlı zəmanət verəcəyi halda, Azərbaycan komandası olaraq Avropa çempionatında iştirak edəcəyik".
Qeyd edək ki, yarış 15-23 aprel tarixləri aralığında keçiriləcək.(Report)
Xəbər lenti
0