https://sputnik.az/20230315/turkiyede-sel-felaketi-neticesinde-tarixi-balikligol-sular-altinda-qalib---vdeo-452745170.html
Türkiyədə sel fəlakəti nəticəsində tarixi Balıklıgöl sular altında qalıb - VİDEO
Türkiyədə sel fəlakəti nəticəsində tarixi Balıklıgöl sular altında qalıb - VİDEO
Sputnik Azərbaycan
Aidiyyəti təşkilatlar suların axıdılması üçün bölgədə suötürücü və drenaj kanallarının təmizlənməsi üzərində işləyirlər. 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T20:44+0400
2023-03-15T20:44+0400
2023-03-15T20:44+0400
sel
dünya xəbərləri
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0f/452744351_0:256:2730:1792_1920x0_80_0_0_c12b9e3f9988b5d2e65ab3dee7c2878f.jpg
BAKI, 15 mart — Sputnik. Türkiyənin Şanlıurfa şəhərində güclü yağış nəticəsində tarixi Balıklıgöl şəhərciyində daşqınlar əmələ gəlib. Dünyanın "ən böyük təbii akvariumu" kimi tanınan Şanlıurfadakı tarixi Balıklıgöl leysan yağışlar səbəbindən sular altında qalıb. Göldəki suötürücü kanalların tıxanması səbəbindən suyun səviyyəsi qalxıb, balıqların bir hissəsinin tələf olduğu görülüb. Aidiyyəti təşkilatlar suların axıdılması üçün bölgədə suötürücü və drenaj kanallarının təmizlənməsi üzərində işləyir. Suyun rənginin dəyişdiyi müşahidə edilən şəhərciyin ətrafı təhlükəsizlik məqsədi ilə polislər tərəfindən qorunur. Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 14-a çatıb. Şəhərdə xəstəxanalar su altında qalıb, məktəblər bağlanıb. Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb. Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib. Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib. Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
https://sputnik.az/20230315/turkiyede-guclu-sel---5-nefer-olub-6-nefer-itkin-dusub---vdeo-452727232.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0f/452744351_0:0:2730:2048_1920x0_80_0_0_b7eeac9a6190c0751900009904a6aed2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sel, türkiyə
Türkiyədə sel fəlakəti nəticəsində tarixi Balıklıgöl sular altında qalıb - VİDEO
Aidiyyəti təşkilatlar suların axıdılması üçün bölgədə suötürücü və drenaj kanallarının təmizlənməsi üzərində işləyirlər.
BAKI, 15 mart — Sputnik. Türkiyənin Şanlıurfa şəhərində güclü yağış nəticəsində tarixi Balıklıgöl şəhərciyində daşqınlar əmələ gəlib.
Dünyanın "ən böyük təbii akvariumu" kimi tanınan Şanlıurfadakı tarixi Balıklıgöl leysan yağışlar səbəbindən sular altında qalıb.
Göldəki suötürücü kanalların tıxanması səbəbindən suyun səviyyəsi qalxıb, balıqların bir hissəsinin tələf olduğu görülüb.
Aidiyyəti təşkilatlar suların axıdılması üçün bölgədə suötürücü və drenaj kanallarının təmizlənməsi üzərində işləyir.
Suyun rənginin dəyişdiyi müşahidə edilən şəhərciyin ətrafı təhlükəsizlik məqsədi ilə polislər tərəfindən qorunur.
Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb. Ölənlərin sayı 14-a çatıb. Şəhərdə xəstəxanalar su altında qalıb, məktəblər bağlanıb.
Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb.
Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.
Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib.
Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.