DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə güclü sel zəlzələ bölgəsini ağuşuna alıb, narıncı xəbərdarlıq elan edilib-VİDEO

© AP Photo / Ghaith AlsayedTürkiyədə sel
Türkiyədə sel - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Sel nəticəsində artıq 14 nəfər həyatını itirib. Şəhərdə xəstəxanalar su altında qalıb, məktəblər bağlanıb.
BAKI, 15 mart — Sputnik. Türkiyədə zəlzələ bölgəsində intensiv yağışların yağması ilə yaranan sel nəticəsində həlak olanların sayı 14-ə çatıb.
Bildirilib ki, hələ də itkinlər var, ölənlərin sayının artacağı istisna deyil.
Sel Kahramanmaraş, Adıyaman, Şanlıurfa və Malatya şəhərlərini əhatə edir.
***
Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.
Ölənlərin sayı 10-a çatıb.
Zəlzələ bölgəsində yağışların bu axşam da davam edəcəyi vurğulanıb.
***
Türkiyənin cənub-şərqi Anadolu və şərqi Anadolu bölgələrində hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.
Bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb. Qeyd olunub ki, bölgə sakinlərinə bildirişlər göndərilib.
Yağıntıların cümə axşamı gününə qədər davam edəcəyi və Şanlıurfa, Mardin, Qaziantep, Kilis və Kahramanmaraş ətrafında çox güclü və şiddətli keçəcəyi gözlənilir. Yağıntılar zamanı sel, daşqın, şimşək çaxması, dolu və güclü külək kimi neqativ hallara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
***
Türkiyənin zəlzələdən zərər görmüş bölgələrində güclü yağışlar tələfata səbəb olub.
Türkiyənin Adıyaman vilayətində baş verən güclü sel konteyneri aparıb və nəticədə 1 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Bu barədə Türkiyənin "NTV" kanalı məlumat yayıb.
© Photo : İHA / CİHAN KİZİRTürkiyədə sel
Türkiyədə sel - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Türkiyədə sel
Şanlıurfada da sel nəticəsində 4 nəfər həyatını itirib, 2 xilasetmə işçisi itkin düşüb. Şəhərdə xəstəxanalar su altında qalıb, məktəblər bağlanıb.
Müvafiq qurumlar su basma riski olan çadırlardakı insanları təxliyyə edirlər.
Xəbər lenti
0