Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbol üzrə növbəti dünya çempionatının formatı təsdiqlənib

© Depositphotos.com / EA09Флаг FIFA
Флаг FIFA - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
2026-cı il futbol üzrə dünya çempionatında 48 komanda iştirak edəcək
BAKI, 15 mart - Sputnik. Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı ildə keçiriləcək dünya çempionatının formatını təsdiqləyib.
APA xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Çempionatda 48 komanda iştirak edəcək.
Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq.
Komandalar 12 qrupa bölünəcək.
Qrup mərhələsindən sonra 1/16 finala birinci, ikinci yerlər və qrupda üçüncülüyü qazanmış səkkiz ən yaxşı komanda çıxacaq.Ümumilikdə turnir 104 qarşılaşmadan ibarət olacaq.
Turnir 56 gün davam edəcək.
Final matçı 2026-cı il iyulun 19-na təyin edilib.
2026-cı il futbol üzrə dünya çempionatı ilk dəfə üç ölkədə - Kanada, ABŞ və Meksikada keçiriləcək.
Xatırladaq ki, 2017-ci ildə FİFA 2026-cı il dünya çempionatında ilk dəfə 48 komandanın iştirak edəcəyini açıqlamışdı.
Əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi.
Turnir 64 görüşdən ibarət idi.
Xəbər lenti
0