SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə: Korsikalıların hüquqlarını pozan Fransa qondarma "Artsax"la məşğul olur

© Photo : Social media page of Asim MollazadeAsim Mollazadə
Asim Mollazadə - Sputnik Azərbaycan, 1920, 15.03.2023
Abunə olmaq
Demokratik İslahatlar Partiyasının sədri qeyd edib ki, Fransada baş verənlər, korsikalıların öz dillərində danışmaq hüququndan məhrum olması bütün Avropa dəyərlərinin pozulması deməkdir.
BAKI, 15 mart - Sputnik. Korsikalıların öz dillərində danışmaq hüququ var.
Bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə islamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Korsika məsələsi və təməl insan hüquqlarının pozulması" mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirə zamanı deyib.
“Fransada baş verənlər bütün Avropa dəyərlərinin pozulması deməkdir. Korsikalıların öz dillərində danışmaq hüququ var. Fransa hökuməti bu məsələni qoyub gəlib hansısa qondarma “Artsax” məsələsi ilə məşğul olmaq istəyir. Mən inanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyəti yoluna qoyacaq. Azadlıq və qardaşlıq prinsipləri naminə", - deputat qeyd edib.
Bakıda islamofobiya ilə bağlı beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
Konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri beynəlxalq konfransa qatılıb.
İki gün davam edəcək konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılacaq.
Konfransın bölmə iclasları "İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti", "İslamofobiya: Avropa və milli qanunvericilik", "Fransada islamofobiya", "Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspirologiya nəzəriyyələr", "Müstəmləkəçilik, yeni imperializm və islamofobiya", "İslamofobiya və mediada nifrət çağırışları", "İslamofobiya ilə mübarizədə birgə əməkdaşlıq və beynəlxalq təşkilatların rolu", "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzularını əhatə edəcək.
Hər bölmədə bir neçə məruzəçinin çıxışı gözlənilir.
Bakı - Sputnik Azərbaycan, 1920, 15.03.2023
CƏMİYYƏT
Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi yoxdur
Xəbər lenti
0