https://sputnik.az/20230315/azerbaycan-ermenistan-munaqisesinin-hec-bir-dini-terefi-yoxdur-452718931.html
Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi yoxdur
Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi yoxdur
Sputnik Azərbaycan
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, erməni tərəfi heç bir əsası olmayan dini rəvayətlər uyduraraq Azərbaycana qarşı... 15.03.2023, Sputnik Azərbaycan
2023-03-15T11:40+0400
2023-03-15T11:40+0400
2023-03-15T11:40+0400
azərbaycan
cəmiyyət
islam
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971051_0:103:2000:1228_1920x0_80_0_0_b3ed64f6d2dc505fee0baff8c47ef0ea.jpg
BAKI, 15 mart — Sputnik. Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüb. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Fərid Şəfiyev ümumiyyətlə tarix boyunca müsəlmanların müəyyən təcridlərə məruz qaldığını qeyd edib. "Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Əslində, bunun heç bir dini tərəfi, dini məzmunu yoxdur. Lakin erməni tərəfi heç bir əsası olmayan dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür. İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, iqtisadi və sosial məzmunlara ciddi təsiri var. Bu, faktdır", - o qeyd edib. (APA)
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/07/434971051_0:0:1773:1330_1920x0_80_0_0_bc6466646ffd4bc151175754cd32f94c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, islam
Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi yoxdur
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, erməni tərəfi heç bir əsası olmayan dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür.
BAKI, 15 mart — Sputnik. Azərbaycan-Ermənistan münaqişəsinin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüb.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Fərid Şəfiyev ümumiyyətlə tarix boyunca müsəlmanların müəyyən təcridlərə məruz qaldığını qeyd edib.
"Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Əslində, bunun heç bir dini tərəfi, dini məzmunu yoxdur. Lakin erməni tərəfi heç bir əsası olmayan dini rəvayətlər uyduraraq Azərbaycana qarşı ərazi iddiası irəli sürür.
İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyi, ərazi bütövlüyü, iqtisadi və sosial məzmunlara ciddi təsiri var. Bu, faktdır", - o qeyd edib. (APA)