https://sputnik.az/20230314/daha-bes-yunan-roma-gulescisi-mubarizeye-qosulacaq-452678516.html
Daha beş yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq
Daha beş yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq
Sputnik Azərbaycan
Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar müvafiq olaraq isveçrəli Mixail Portmann və xorvat Luka Malobabiçlə... 14.03.2023, Sputnik Azərbaycan
2023-03-14T13:24+0400
2023-03-14T13:24+0400
2023-03-14T13:24+0400
murad ağarzayev
idman
yunan-roma güləşi
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100715_0:212:2048:1365_1920x0_80_0_0_233e34b25d08d3cfd86b83a7d192cdba.jpg
BAKI, 14 mart — Sputnik. Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq. Bununla da yunan-Roma güləşçilərinin qitə birinciliyinə yekun vurulacaq. 60 kq çəkidə Azərbaycanı təmsil edən Elmir Əliyev yarışa 1/4 finaldan qoşulacaq. O, türkiyəli Mert İlbarsı sınağa çəkəcək. 67 kq və 72 kq çəkilərdə yer alan Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar müvafiq olaraq Mixail Portmann (İsveçrə) və Luka Malobabiçlə (Xorvatiya) üz-üzə gələcəklər. Millinin digər iki pəhləvanı 1/8 finalda ilk duelinə çıxacaq. İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu ilə, Murad Əhmədiyev (97 kq) isə serbiyalı Luka Katiçlə münasibətlərinə aydınlıq gətirəcəklər. Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli isə bu gün həlledici görüş üçün döşək üzərinə çıxacaq. O, finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq. Qeyd edək ki, martın 13-də Azərbaycan yığmasının dörd yunan-Roma güləşçisi mübarizəni erkən dayandırıb. (Report)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100715_106:0:1926:1365_1920x0_80_0_0_2e796524b5066279d184d97a28a1777d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
murad ağarzayev, yunan-roma güləşi
murad ağarzayev, yunan-roma güləşi
Daha beş yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq
Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar müvafiq olaraq isveçrəli Mixail Portmann və xorvat Luka Malobabiçlə üz-üzə gələcəklər.
BAKI, 14 mart — Sputnik. Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.
Bununla da yunan-Roma güləşçilərinin qitə birinciliyinə yekun vurulacaq.
60 kq çəkidə Azərbaycanı təmsil edən Elmir Əliyev yarışa 1/4 finaldan qoşulacaq. O, türkiyəli Mert İlbarsı sınağa çəkəcək.
67 kq və 72 kq çəkilərdə yer alan Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar müvafiq olaraq Mixail Portmann (İsveçrə) və Luka Malobabiçlə (Xorvatiya) üz-üzə gələcəklər.
Millinin digər iki pəhləvanı 1/8 finalda ilk duelinə çıxacaq. İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu ilə, Murad Əhmədiyev (97 kq) isə serbiyalı Luka Katiçlə münasibətlərinə aydınlıq gətirəcəklər.
Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli isə bu gün həlledici görüş üçün döşək üzərinə çıxacaq. O, finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
Qeyd edək ki, martın 13-də Azərbaycan yığmasının dörd yunan-Roma güləşçisi mübarizəni erkən dayandırıb. (Report)