Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qadınlardan ibarət millimiz Türkiyə yığması ilə yoldaşlıq oyunları keçirəcək

© Sputnik / Murad OrujovQadınlardan ibarət Azərbaycan millisi
Qadınlardan ibarət Azərbaycan millisi  - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Aprel ayında qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə qarşılaşacaq. Oyun "Dalğa Arena"da baş tutacaq.
BAKI, 13 mart — Sputnik. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirəcək. AFFA-nın saytında xəbər verilir ki, millimiz aprelin 8-də və 11-də Türkiyə yığması ilə qarşılaşacaq.
Hər iki qarşılaşma "Dalğa Arena"da baş tutacaq. Oyunlar saat 16:00-da başlayacaq.
Qeyd edək ki, qadın futbolçulardan ibarət Azərbaycan millisi bundan öncə Xorvatiya yığması ilə yoldaşlıq oyunu keçirmişdi.
“Dalğa Arena”da keçirilmiş Azərbaycan - Xorvatiya oyunu 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0