https://sputnik.az/20230313/paytaxtimizda-kecirilecek-taekvondo-uzre-dunya-cempionatinin-mekani-belli-olub-452664617.html
Paytaxtımızda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub
Paytaxtımızda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub
Sputnik Azərbaycan
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda... 13.03.2023, Sputnik Azərbaycan
2023-03-13T23:34+0400
2023-03-13T23:34+0400
2023-03-13T23:34+0400
taekvondo
idman
bakı
dünya çempionatı
https://cdnn1.img.sputnik.az/img/42320/22/423202217_0:203:3042:1914_1920x0_80_0_0_22fbe4e062b1c861b9a5444b8606bba7.jpg
BAKI, 13 mart — Sputnik. Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio Bakıda işgüzar səfərdə olub. Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytından verilən məlumata görə, WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və ATF rəhbərliyi ilə müzakirələr aparmaq olub. O, səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb. Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib. Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42320/22/423202217_338:0:3042:2028_1920x0_80_0_0_556f711c28a1f07d361d9ad70e7ef9c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taekvondo, bakı, dünya çempionatı
taekvondo, bakı, dünya çempionatı
Paytaxtımızda keçiriləcək taekvondo üzrə dünya çempionatının məkanı bəlli olub
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib
BAKI, 13 mart — Sputnik. Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sio Bakıda işgüzar səfərdə olub.
Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytından verilən məlumata görə, WTF rəsminin paytaxtımıza gəlişində əsas məqsəd mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanışlıq və ATF rəhbərliyi ilə müzakirələr aparmaq olub.
O, səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.
Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.