https://sputnik.az/20230312/hikmet-haciyev-ermenistan-azerbaycanin-qarabag-uzerinde-suverenliyini-taniyib-452623835.html
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb
Sputnik Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibə verib. 12.03.2023, Sputnik Azərbaycan
2023-03-12T19:04+0400
2023-03-12T19:04+0400
2023-03-12T20:40+0400
azərbaycan xəbərləri
ermənistan
azərbaycan
qarabağ
suverenlik
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436477968_0:0:2001:1125_1920x0_80_0_0_72278c9854bfafa9c821c698bf0c19ae.jpg
BAKI, 12 mart - Sputnik. Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib."Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xəttdir", - Hikmət Hacıyev vurğulayıb.Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, bu xüsusda, 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim edib: "2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan etmişdir. Almatı bəyannaməsi ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır".
https://sputnik.az/20230312/ermenistanin-texribati-ve-ikibasli-oyunlari-muharibe-ola-bilermi-452568354.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/13/436477968_0:0:1773:1330_1920x0_80_0_0_2968240dc7ae5012530ca0cb7235a774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, azərbaycan, qarabağ, suverenlik
ermənistan, azərbaycan, qarabağ, suverenlik
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb
19:04 12.03.2023 (Yenilənib: 20:40 12.03.2023) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibə verib.
BAKI, 12 mart - Sputnik. Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.
"Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xəttdir", - Hikmət Hacıyev vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, bu xüsusda, 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim edib:
"2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan etmişdir. Almatı bəyannaməsi ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır".