Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistanın təxribatı və ikibaşlı oyunları: müharibə ola bilərmi?

© AFP 2024 / STRINGERAzərbaycan hərbçisi
Azərbaycan hərbçisi - Sputnik Azərbaycan, 1920, 12.03.2023
Abunə olmaq
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi separatçıların təxribatlarının qarşısının alınması istiqamətində hər hansı addım atmaq istəmir, əksinə onlara dəstək verir.
BAKI, 12 mart — Sputnik. "Biz hesab edirik ki, rəsmi İrəvanın qarşılıqlı məqbul həll yollarının axtarışında fəal iştirakı mövcud gərginliyin azaldılmasına töhfə verəcək". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Görünən odur ki, rəsmi Moskva Ermənistanın Azərbaycanla danışıqlar prosesində nümayiş etdirdiyi yanaşmalardan məmnun deyil.
Qeyd edək ki, Moskvanın Ermənistanı danışıqlara qayıtmaq çağırışı bir neçə gün əvvəl Azərbaycan ərazisində ermənilərin törətdiyi təxribatlar fonunda baş verir.
Bəs Ermənistan bu çağırışlara qulaq asacaqmı?
Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, həmçinin bu yaxınlarda Bakıda Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı danışıqlarda 2023-cü ildə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ümid etdiyini dilə gətirib:

"Azərbaycan tərəfi aydın şəkildə bildirib ki, bu prosesin sürətlə həyata keçirilməsinin tərəfdarıdır. Ermənistan isə dualist addımlar atır. Bir yandan Azərbaycanın irəli sürdüyü beş baza prinsipini qəbul etdiyini bildirir, öz təfliklərini irəli sürərək sülhpərvər obraz formalaşdırmağa çalışır, digər tərəfdən isə birbaşa və dolayı yollarla sülh danışıqlarından yayınır. Biz bunu Qarabağdakı separatçıların son təxribatlarında da gördük".

© sputnik.azPolitoloq Elman Nəsirov
Politoloq Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Politoloq Elman Nəsirov
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi separatçıların təxribatlarının qarşısının alınması istiqamətində hər hansı addım atmaq istəmir, əksinə onlara dəstək verir:

"Bu ölkə ikibaşlı oyun oynayır. Amma hesab edirəm ki, mövcud gərginliklər fonunda iki ölkə arasında yenidən müharibənin olacağı ehtimalları çox aşağıdır. Təbii ki, sülh müqaviləsi imzalanmadığı müddətdə Ermənistan tərəfindən hərbi təxribatların törədilməsi qaçılmazdır. Ermənistanın əl atdığı təxribatların müharibəyə çevrilməsi bu ölkənin sonunun başlanğıcı ola bilər. Ermənistan 44 günlük Vətən müharibəsində aldığı nokaut zərbəsindən hələ özünə gəlməyib. Ona görə də Ermənistanın sülh danışıqlarını davam etdirməkdən başqa yolu yoxdur".

Politoloq İlyas Hüseynov isə deyib ki, Ermənistan tərəfinin son addımları regionda gərginliyin yenidən artmasına gətirib çıxarıb:
"Bütün baş verənlər diplomatik təmasların artırılmasını vacib edir ki, yenidən qısa və ya uzun müddətli eskalasiyalar baş verməsin. Məhz buna görə də, Rusiya tərəfləri danışıqlar masasına dəvət edir. Qeyd etməliyik ki, Ermənistan gərginliyin artırılmasına xidmət edən davranışlar sərgiləyir. Nəinki Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi ərazilərdən, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədindən mövqelərimizin atəşə tutulması onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir. Əksinə Ermənistan regionda gərginliyin artmasında maraqlıdır".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 10.03.2023
İlyas Hüseynov
Politoloq hesab edir ki, Ermənistan Avropa İttifaqının mülki missiyasının öz ərazisində yerləşdirilməsindən sonra atəşkəsi pozmaqla Azərbaycanın cavab verməsinə yönəlmiş təxribatlar törədir:

"Bununla da Aİ-nin mülki missiyasında Azərbaycanla bağlı yanlış təsəvvür yaratmağa cəhdlər edilir. Ermənistan Aİ-nin mülki missiyasından özünün hiyləgər və riyakar məqsədləri üçün istifadə etmək niyyətindədir. Məhz bu səbəbdən də sülh danışıqlarının intensivləşdirilməsi üçün səylər birləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması ilə bağlı regional reallıqlarla uyğun olamayan bir sıra tələblərlə çıxış edir".

Politoloq onu da qeyd edir ki, ölkə liderləri səviyyəsində yeni görüşün keçirilməsinə ehtiyac yaranıb:
"Bir sıra suallar var ki, ona cavab verilməsi tələb olunur. Regionda sülhü pozmaq naminə destruktiv fəaliyyətlər göstərən rəsmi İrəvan özünü günahkar bilmir. Bu da Azərbaycan tərəfindən qəbulolunmaz yanaşma hesab edilir. Azərbaycan ərazisinə silah daşınmasına cəhd edən Ermənistan bunu inkar etməyə yönəlik cəhdlər edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0