https://sputnik.az/20230310/azerbaycan-millisinin-gimnastlari-finala-vesiqe-qazanib-452574483.html
Azərbaycan millisinin gimnastları finala vəsiqə qazanıb
Azərbaycan millisinin gimnastları finala vəsiqə qazanıb
Sputnik Azərbaycan
Qadın gimnastlardan Nazənin Teymurova sərbəst hərəkətlərdə 12.566 xallıq performans sərgiləyərək 5-ci yeri tutub. 10.03.2023, Sputnik Azərbaycan
2023-03-10T18:41+0400
2023-03-10T18:41+0400
2023-03-10T18:41+0400
gimnast
idman
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42336/98/423369884_0:109:3255:1939_1920x0_80_0_0_475c946e9243590312d57c87161b48a5.jpg
BAKI, 10 mart — Sputnik. Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin daha iki üzvü finala vəsiqə qazanıb. İvan Tixonov və Nazənin Teymurova həlledici raunda yüksəliblər. Tixonov bu gün iki nominasiyada çıxış edib. Onun dəstəli atdakı performansı uğurlu alınmayıb. 27 yaşlı gimnast 13.100 xallıq çıxışla 19-cu olub. Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı əvəzində turnikdə təsnifatı 6-cı sırada tamamlayaraq, finalda iştirak hüququna yiyələnib. Onun çıxışı 13.933 xalla qiymətləndirilib. Qadın gimnastlardan Nazənin Teymurova sərbəst hərəkətlərdə 12.566 xallıq performans sərgiləyərək 5-ci yeri tutub. Bu, onun finala yüksəlməsi üçün kifayət edib. Teymurova və komanda yoldaşı Samirə Qəhrəmanova günün sonunda gimnastika tirində qüvvələrini sınayıblar. Burada Teymurova 11.333 xalla 24-cü yeri, Qəhrəmanova isə 11.100 xallıq çıxışla 30-cu yeri tutub. Bir gün əvvəl Azərbaycan təmsilçisi Nikita Simonov halqalarla ən yaxşı nəticəni göstərərək, finala adlayıb. Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun finalları martın 11-12-də keçiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42336/98/423369884_261:0:2992:2048_1920x0_80_0_0_5d74250252b88ae4b2da5395efd2bb6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gimnast, azərbaycan
Azərbaycan millisinin gimnastları finala vəsiqə qazanıb
Qadın gimnastlardan Nazənin Teymurova sərbəst hərəkətlərdə 12.566 xallıq performans sərgiləyərək 5-ci yeri tutub.
BAKI, 10 mart — Sputnik. Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin daha iki üzvü finala vəsiqə qazanıb.
İvan Tixonov və Nazənin Teymurova həlledici raunda yüksəliblər.
Tixonov bu gün iki nominasiyada çıxış edib. Onun dəstəli atdakı performansı uğurlu alınmayıb. 27 yaşlı gimnast 13.100 xallıq çıxışla 19-cu olub.
Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı əvəzində turnikdə təsnifatı 6-cı sırada tamamlayaraq, finalda iştirak hüququna yiyələnib. Onun çıxışı 13.933 xalla qiymətləndirilib.
Qadın gimnastlardan Nazənin Teymurova sərbəst hərəkətlərdə 12.566 xallıq performans sərgiləyərək 5-ci yeri tutub. Bu, onun finala yüksəlməsi üçün kifayət edib.
Teymurova və komanda yoldaşı Samirə Qəhrəmanova günün sonunda gimnastika tirində qüvvələrini sınayıblar. Burada Teymurova 11.333 xalla 24-cü yeri, Qəhrəmanova isə 11.100 xallıq çıxışla 30-cu yeri tutub.
Bir gün əvvəl Azərbaycan təmsilçisi Nikita Simonov halqalarla ən yaxşı nəticəni göstərərək, finala adlayıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunun finalları martın 11-12-də keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.