DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ COVID-19-un ortaya çıxması ilə bağlı məlumatları açıqlayacaq

© AFP 2024 / HECTOR RETAMALQoruyucu geyimli tibb işçiləri Şanxaydakı yaşayış kompleksində insanları Covid-19 üçün testdən keçirməzdən əvvəl, arxiv şəkli
Qoruyucu geyimli tibb işçiləri Şanxaydakı yaşayış kompleksində insanları Covid-19 üçün testdən keçirməzdən əvvəl, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Azərbaycanda ərazisində koronavirusla bağlı xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.
BAKI, 10 mart - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatası COVID-19-un ortaya çıxması ilə bağlı məlumatların açıqlanması üçün qanun layihəsini qəbul edib. Bu barədə RİA Novosti xəbər yayıb.
Palatada keçirilən səsvermənin nəticələrinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca prezident Co Bayden administrasiyasından koronavirusun mənşəyi ilə bağlı bütün kəşfiyyat məlumatlarının məxfiliyini ləğv etməyi tələb edən qanun layihəsini təsdiqləyib.
Ötən həftə bu təşəbbüs Senat tərəfindən bəyənilib. İndi qanun layihəsi imzalanmaq üçün dövlət başçısına göndəriləcək.
Daha əvvəl FTB direktoru Kristofer Rey agentliyin COVID-19-un laboratoriya mənşəli versiyasını hesab etdiyini və pandemiyanın mənbəyinin çox güman ki, Çinin Uxan şəhərindəki potensial laboratoriya hadisəsi olduğunu deyib.
Bundan əvvəl Wall Street Journal öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ Energetika Nazirliyi pandemiyanın koronavirusun laboratoriyadan sızması nəticəsində başlandığı qənaətinə gəlib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Energetika Nazirliyi müvafiq yekunları Ağ Evə və ABŞ Konqresinə göndərib.
Xatırladaq ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 CoronaVac vaksini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2023
DÜNYA XƏBƏRLƏRİ
COVID-19-a qarşı peyvənd və insan ölümü - onların arasında əlaqə varmı?
Xəbər lenti
0