DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

COVID-19-a qarşı peyvənd və insan ölümü - onların arasında əlaqə varmı?

© AFP 2024 / MAURO PIMENTEL CoronaVac vaksini, arxiv şəkli
 CoronaVac vaksini, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.03.2023
Abunə olmaq
Mərhumun piylənmə, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkdiyi qeyd olunub və kəskin allergik reaksiya əlamətləri olmasına baxmayaraq, ona adrenalin vurulmayıb.
BAKI, 10 mart — Sputnik. Yaponiya Səhiyyə, əmək və rifah nazirliyinin ekspert komissiyası koronavirus pandemiyasının başlanmasından bəri ilk dəfə olaraq, bir insanın COVID-ə qarşı peyvənd vurulması nəticəsində öldüyünün ehtimal olunduğu halı təsdiqləyib.
Cümə günü yayımlanan 365 səhifəlik hesabatda qeyd edilir ki, koronavirusa qarşı peyvənd olunduqdan sonra indiyədək 1791 nəfər qısa müddət ərzində dünyasını dəyişib. Və ilk dəfə olaraq "peyvəndlə səbəb - nəticə əlaqəsi istisna edilə bilməz" sütununda bir hal qeyd edilib.
Yanvarın 20-də açıqlanan əvvəlki hesabatda 1782 ölüm arasında oxşar hallar aşkar edilməyib.
Söhbət ötən il noyabrın 5-də peyvənd edilən və peyvənddən 1 saat 40 dəqiqə sonra dünyasını dəyişən 42 yaşlı qadından gedir.
Qeyd olunur ki, mərhum piylənmə, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkirdi, lakin analizlərdə onun ölümünə səbəb ola biləcək göstəricilərdə hər hansı anormallıq aşkar edilməyib.
Nəticədə ekspertlər "peyvəndlə ölüm arasında səbəb-nəticə əlaqəsini istisna etmək olmaz" qənaətinə gəliblər.
Eyni zamanda hesabatda peyvənd məntəqəsindəki tibb işçilərinin reanimasiya zamanı yol verdiyi səhvlər də qeyd olunur. Belə ki, mərhuma kəskin allergik reaksiya əlamətləri olmasına baxmayaraq, ona adrenalin vurulmayıb.
Hesabata görə, ümumilikdə Yaponiyada 289,7 milyon doza koronavirus peyvəndi vurulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0