Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İdman sahəsinə investisiya edən sahibkarlara güzəşt edilməsi üçün sənəd hazırlanıb

© AFP 2024 / JOHANNA LEGUERRETribunada Azərbaycan bayrağına bürülmüş qız
Tribunada Azərbaycan bayrağına bürülmüş qız - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Sənədin məğzi idman sahəsinə investisiya edən sahibkarlara motivasiya vermək baxımından stimullaşdırmaq üçün onlara müəyyən güzəştlərin edilməsindən ibarətdir.
BAKI, 7 mart — Sputnik. "Futbolun İnkişafı Fondu" (FIF) sahibkarlara güzəşt edilməsi üçün sənəd hazırlayıb. Bunu Report-a açıqlamasında FİF-in icraçı direktoru Tural Piriyev deyib.
O bildirib ki, vergi nizamnaməsi ilə bağlı sənədi aidiyyəti qurumlara təqdim etməyə başlayıblar:

"Bunun hazırlanmasında bir çox qurumlarla əməkdaşlıq etmişik. Həm Milli Məclisin üzvləri, həm dövlət qurumları, həm də Gənclər və İdman Nazirliyi ilə məsləhətləşmişik. Sənəd artıq əlimizdə hazırdır. Müvafiq qurumlara yönəldirik. Sənədin məğzi idman sahəsinə investisiya edən sahibkarlara motivasiya vermək baxımından stimullaşdırmaq üçün onlara müəyyən güzəştlərin edilməsindən ibarətdir. Təklif etmişik ki, şirkətlər, sahibkarlar futbola investisiya elədikləri məbləği vergidən edilən endirimlər vasitəsilə sığortalaya bilsinlər".

Qurum rəsmisi "Turan Tovuz" klubunun avtobusunun artıq alındığını bildirib:
"Turan Tovuz"la bağlı "Turan 100k" layihəsi başa çatıb. Layihədən toplanılan 100 000 manat, həmçinin əməkdaşlıq etdiyimiz şirkətlərdən birindən əldə edilən 100 000 manatla avtobus alınıb. Avtobus kluba təhvil veriləcək".
Tural Piriyev "Kəpəz"lə bağlı layihənin də davam etdirildiyini vurğulayıb:
"Kəpəz"lə bağlı "100k" layihəsi davam edir. Həmçinin bölgələrdə sahibkarlarla görüşürük. Başqa layihələr də nəzərdə tutmuşuq. Martın 9-da Gəncədə geniş görüşümüz olacaq. Orada həm yerli ictimaiyyət, həm də sahibkarlar iştirak edəcəklər. "Kəpəz"lə bağlı "100k" layihəsində hələ 12 faizlik nəticə əldə etmişik. İnanıram ki, yaxın zamanda "Kəpəz"in avtobus məsələsi də həllini tapacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0