SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Danışıqları davam etdirmək üçün eskalasiya qaçılmazdır - Ekspert

© Sputnik / Murad OrujovQarabağ Azərbaycandır!
Qarabağ Azərbaycandır! - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Paşinyanın seçimi var: səbr etməyə davam etmək, ya da qurbanlar olmadan keçid məntəqəsinin quraşdırılmasına getmək.
BAKI, 7 mart — Sputnik. ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Lui Bono vəzifəsinin əvvəlindən hadisələr burulğanına düşüb. Güman edirəm ki, Bakıda keçirilən görüşdən sonra ona Ermənistanla danışıqların şərtləri bildirilib: şərti sərhəddə keçid məntəqəsi təklifinin bərpası, Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması, Qarabağ mövzusunun sülh müqaviləsinin mətnindən çıxarılması, sülh müqaviləsinin yekun variantının müzakirəsi üçün təklif edilən görüş. Bunu Teleqram kanalında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov qeyd edib.
© Sputnik / Murad OrujovCənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov
Ekspert yazır:
"Vaxt azdır. Ermənistan Xarici İşlər Nazirliyi öz ərazisində ikinci dəfə keçid məntəqəsinin quraşdırılması təklifini rədd edib. Biz bunu artıq keçmişik... Ermənistan Təhlükəsizlik Şurası katibinin "yeni Laçın yolu qanuni deyil" bəyanatını yada salaq və bir-iki gün sonra Ermənistan bəyan etdi ki, çağırışçıları geri çəkəcək!"
Ekspert qeyd edib ki, Bakı ABŞ və Aİ-nin gözləntilərinə uyğun olaraq əlindən gələni edib:

"Keçid məntəqəsi təklifi əsasında kommunikasiyalar üzərində suverenlik təmin edilir, Bakı ilə Qarabağ erməniləri arasında dialoq vizuallaşdırılır. Paşinyanın seçimi var: səbr etməyə davam etmək, ya da qurbanlar olmadan keçid məntəqəsinin quraşdırılmasına getmək".

Daha sonra ekspert son iki il yarım ərzində proseslərin alqoritminin aşağıdakı kimi olduğunu qeyd edib:
Bakının təşəbbüsü;
vasitəçilərə bildiriş - danışıqlar;
Ermənistanın imtinası;
yerli böhran;
xəbərdarlıq;
eskalasiya;
yeni reallığın qəbulu;
yeni reallığa əsaslanan danışıqların davam etdirilməsi.
Politoloq onu da bildirib ki, Azərbaycan artıq lokal böhran dövrünü geridə qoyaraq xəbərdarlıq səviyyəsinə keçib:

"Bononun işi çətindir. Paşinyanı bu alqoritmə əməl etməyə inandırmaq lazımdır. Paşinyan maksimum müqavimət mövqeyi tutub. Və eskalasiyadan sonra o, oxları beynəlxalq ictimaiyyətə (daha çox Rusiya, daha az dərəcədə Aİ və ABŞ-a) yönəldir, əllərini çiyinlərini çəkərək deyir: "Mən bacardığım hər şeyi etdim"".

Daha sonra ekspert Bononun missiyasının iflasa uğrayacağını, Paşinyan isə müəyyən edilmiş sxemə əməl edəcəyini güman etdiyini viurğulayıb:
"Onun üçün daxili siyasi komponent və Ermənistanın özünün təhlükəsizliyi vacibdir, Paşinyanın sözlərinə görə, o, İranın, Fransanın, müəyyən qədər ABŞ-ın, Aİ missiyasından 100 avropalının dəstəyi və Hindistandan silah tədarükü ilə təhlükəsizliyi təmin edib. Danışıqları davam etdirmək üçün eskalasiya qaçınılmazdır! Bu, alqoritmin qanunudur!".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Avropa İttifaqının bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.03.2023
RUSİYA
Aİ Ermənistanda missiyaya başlamaqla postsovet məkanında möhkəmlənmək istəyir - Loqvinov
Xəbər lenti
0