Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ Ermənistanda missiyaya başlamaqla postsovet məkanında möhkəmlənmək istəyir - Loqvinov

© AFP 2024 / Tobias SchwarzAvropa İttifaqının bayrağı, arxiv şəkli
Avropa İttifaqının bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.03.2023
Abunə olmaq
Rusiyanın Aİ-dəki daimi nümayəndəsi bildirib ki, burada həm də əhəmiyyətli bir anti-Rusiya komponenti – ölkəmizin təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyi var.
BAKI, 7 mart — Sputnik. Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması Rusiyanın vasitəçiliyi ilə əldə olunan Ermənistan-Azərbaycan normallaşmasının nəticələrindən istifadə edərək, postsovet məkanında öz yerini tutmaq cəhdidir. Bu barədə Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Fevralın 20-də Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşəcək mülki missiyanın işə başladığını elan edib. Bu missiya rəsmi olaraq Aİ Şurasının 23 yanvar 2023-cü il tarixli qərarı ilə yaradılıb.
Aİ-dən bildirilib ki, missiyanın məqsədləri xüsusilə Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, eləcə də Ermənistan və Azərbaycan arasında Aİ tərəfindən dəstəklənən normallaşma səyləri üçün əlverişli şərait təmin etməkdir. Missiyanın müstəsna mülki heyətinin ümumi sayı təxminən 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçi olacaq.

"Bu, Brüsselin Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində əldə etdiyi nəticələrdən istifadə edərək, bir növ "vasitəçi" rolunu oynayaraq, postsovet məkanında öz yerini tutmaq cəhdindən başqa bir şey deyil", - Loqvinov deyib.

O, əmindir ki, burada həm də əhəmiyyətli bir anti-Rusiya komponenti – ölkəmizin təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyi var.
"Bütün görünən odur ki, oxşar "xoş niyyətlər" Avropa İttifaqını Moldovaya sürükləyir, məlumata görə, Brüssel mülki missiyasını burada da yerləşdirməyi planlaşdırır", - Rusiyanın daimi nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin Ermənistanda yeni vasitəçilik missiyasının fəaliyyətə başlamasını şərh edərkən bildirmişdi ki, Aİ nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər.
Rusiyanın Cənubi Qafqazda vasitəçilik səyləri ermənilərin və azərbaycanlıların köklü maraqlarına və bölgəyə sülhün qaytarılmasına xələl gətirə bilər. Xarici İşlər Nazirliyi qeyd edib ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas amili Ermənistan sərhədlərində xidmət edən rus sərhədçiləri kimi "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında yerləşdirilən Rusiya sülhməramlı kontingentidir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0