Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib

© Sputnik / Murad OrujovQurban Qurbanov
Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Baş məşqçi kimi debütünü 2006-cı ildə edən Qurban Qurbanovun doğum günü Misli Premyer Liqasının XXV turuna təsadüf edib
BAKI, 6 mart — Sputnik. Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib. 51 yaşlı mütəxəssisin yubileyi Misli Premyer Liqasının XXV turuna təsadüf edib.
Onun rəhbərlik etdiyi "Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Bu görüşdə ağdamlılar 3:1 hesabı ilə qalib gəliblər. Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə 700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə alınıb.
Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası ərzində üç komandaya rəhbərlik edib. Qurbanov "Qarabağ"dan başqa, "Neftçi"də 38, Azərbaycan millisində 12 oyunda iş başında olub.
"Qəbələ" ilə qarşılaşma həm də "Qarabağ"ın sükanı arxasında 650-ci qarşılaşma olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam klubunu səfər matçınadək 649 matça çıxarmışdı.
Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun rəhbərlik etdiyi "Neftçi" "Gənclərbirliyi" ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra "Qarabağ"da debüt edib. Ağdam klubu səfərdəki çempionat matçında "Bakılı"ya qalib gəlib – 2:1. (Report)
Xəbər lenti
0