Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Neymar zədə səbəbindən mövsümü başa vurub

© AP Photo / Themba HadebeЧемпионат мира. Матч Бразилия - Сербия
Чемпионат мира. Матч Бразилия - Сербия - Sputnik Azərbaycan, 1920, 06.03.2023
Abunə olmaq
Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.
BAKI, 6 mart - Sputnik. Fransanın PSJ klubunun futbolçusu Neymar 2022/2023 mövsümünü başa vurub.
“Report” xəbər verir ki, bu barədə Paris təmsilçisi məlumat yayıb.
Vurğulanıb ki, braziliyalı hücumçu dabanındakı zədələrlə əlaqədar riskə getməmək və əməliyyat olunmaq qərarına gəlib. Onun təxminən 3-4 ay sonra məşqlərə başlayacağı bildirilib.
Qeyd edək ki, Neymar cari mövsüm bütün turnirlərdə PSJ-nin heyətində keçirdiyi 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə verib.
Xəbər lenti
0