https://sputnik.az/20230306/neftcinin-tarixine-dusen-futbolcu-kimdir-452407896.html
"Neftçi"nin tarixinə düşən futbolçu kimdir?
"Neftçi"nin tarixinə düşən futbolçu kimdir?
Sputnik Azərbaycan
O, kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub. 06.03.2023, Sputnik Azərbaycan
2023-03-06T15:36+0400
2023-03-06T15:36+0400
2023-03-06T15:36+0400
neftçi
idman
futbol
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424958885_0:310:3072:2038_1920x0_80_0_0_500f01bce7d8ecfffaa67ee3591b1b4d.jpg
BAKI, 6 mart — Sputnik. Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb. Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub. "Ağ-qaralar"ın yubiley qolu ölkə çempionatının XXV turuna təsadüf edib. "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib. 1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan "Neftçi" bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb. Bununla da "Neftçi" çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. "Ağ-qaralar"ın orta məhsuldarlığı 1,71-ə bərabərdir. Qeyd edək ki, "Neftçi"nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də "Kəpəz"lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də "Simurq"la qarşılaşmada Araz Abdullayev imza atıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/11/424958885_341:0:3072:2048_1920x0_80_0_0_e0caeb2bc902405cc56db6128e28347b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neftçi, futbol
"Neftçi"nin tarixinə düşən futbolçu kimdir?
O, kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub.
BAKI, 6 mart — Sputnik. Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb.
Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub.
"Ağ-qaralar"ın yubiley qolu ölkə çempionatının XXV turuna təsadüf edib. "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.
1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan "Neftçi" bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.
Bununla da "Neftçi" çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. "Ağ-qaralar"ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.
Qeyd edək ki, "Neftçi"nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt "Xəzər"i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də "Kəpəz"lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də "Simurq"la qarşılaşmada Araz Abdullayev imza atıb.