Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb

© Sputnik / Murad OrujovBədii gimnastika üzrə dünya kuboku, Bakı, arxiv şəkli
Bədii gimnastika üzrə dünya kuboku, Bakı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.03.2023
Abunə olmaq
Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.
BAKI, 4 mart - Sputnik. Bakıda təşkil olunacaq bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb. Azərbaycan Gimnastika Federasiyasından (AGF) verilən məlumata görə, mərasim “Şahdağ” yay-qış turizm mərkəzində keçirilib.
Tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, AGF-nin baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.
İlk dəfədir ki, Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə ölkəmizdə gimnastika növü üzrə mötəbər yarışın püşkatma mərasimi paytaxt Bakıda deyil, bölgədə təşkil olunur.
Xatırladaq ki, Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.
Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0