https://sputnik.az/20230302/qosulmama-herekati-dunya-duzeninin-formalasmasinda-oz-rolunu-oynamalidir---prezident-452318708.html
Qoşulmama Hərəkatı dünya düzəninin formalaşmasında öz rolunu oynamalıdır - Prezident
Qoşulmama Hərəkatı dünya düzəninin formalaşmasında öz rolunu oynamalıdır - Prezident
Sputnik Azərbaycan
Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd edib. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T15:41+0400
2023-03-02T15:41+0400
2023-03-02T15:59+0400
siyasət
prezident ilham əliyev
sərdar berdımühəmmədov
qoşulmama hərəkatı
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452310462_0:97:1340:851_1920x0_80_0_0_b76b767c10b5b9ef27266e476e27ca52.jpg
BAKI, 2 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb. Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd edib. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğulayıb. Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu deyib. Dövlətimizin başçısı Azərbaycanın Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirdiyini qeyd edib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaqda olduğunu qeyd edib. Ölkəmizin Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini deyib. Eyni zamanda, diqqətə çatdırıb ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır. Ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanla Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd etdi. Dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
https://sputnik.az/20230302/turkmenistan-prezidenti-qosulmama-herekati-humanizmi-edaleti-ve-beraberliyi-teblig-edir-452308918.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452310462_38:0:1302:948_1920x0_80_0_0_163640e797f8844703b36218a394c48e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, sərdar berdımühəmmədov, qoşulmama hərəkatı
prezident ilham əliyev, sərdar berdımühəmmədov, qoşulmama hərəkatı
Qoşulmama Hərəkatı dünya düzəninin formalaşmasında öz rolunu oynamalıdır - Prezident
15:41 02.03.2023 (Yenilənib: 15:59 02.03.2023) Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd edib.
BAKI, 2 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Türkmənistan Prezidenti Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə aktiv şəkildə fəaliyyət göstərdiyini vurğuladı və bu münasibətlə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Sərdar Berdiməhəmmədov beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında Hərəkatın mühüm rol oynadığını qeyd edib. O, həmçinin pandemiyaya qarşı mübarizəyə Qoşulmama Hərəkatı çərçivəsində xüsusi diqqətin yetirildiyini vurğulayıb.
Prezident İlham Əliyev Zirvə görüşündə iştirakına görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürünü bildirdi, bu Zirvə görüşü əsnasında ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkanların da olduğunu deyib.
Dövlətimizin başçısı Azərbaycanın Türkmənistanla ikitərəfli əlaqələrin inkişafına daim xüsusi diqqət yetirdiyini qeyd edib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, mədəni, humanitar sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin başa çatmaqda olduğunu qeyd edib. Ölkəmizin Hərəkatın beynəlxalq münasibətlərdəki rolunun artırılmasında maraqlı olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın bu xüsusda bir sıra təşəbbüslərlə çıxış etdiyini deyib. Eyni zamanda, diqqətə çatdırıb ki, bu gün dünya düzəninin yenidən formalaşması prosesi baş verir və Qoşulmama Hərəkatı bu prosesdə öz rolunu oynamalıdır.
Ölkələrimiz arasında mövcud olan çox sıx siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanla Türkmənistanın enerji, pambıqçılıq, nəqliyyat, investisiyalar və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlara malik olduqlarını qeyd etdi.
Dövlətimizin başçısı əlavə etdi ki, Azərbaycan özünün nəqliyyat-tranzit potensialını artırır və bu, gələcəkdə Türkmənistan mallarının da ölkəmizin ərazisindən daşınması üçün əlavə imkanlar yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.