https://sputnik.az/20230302/turkmenistan-prezidenti-qosulmama-herekati-humanizmi-edaleti-ve-beraberliyi-teblig-edir-452308918.html
Türkmənistan Prezidenti: Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir
Türkmənistan Prezidenti: Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir
Sputnik Azərbaycan
Türkmənistan lideri bildirib ki, pandemiya qlobal inkişafa ciddi təsir edib, bu həm siyasi əlaqələr, həm sosial-iqtisadi, həm də humanitar sahələrə aiddir. 02.03.2023, Sputnik Azərbaycan
2023-03-02T13:55+0400
2023-03-02T13:55+0400
2023-03-02T14:26+0400
siyasət
qoşulmama hərəkatı
sərdar berdımühəmmədov
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452311779_0:52:1000:615_1920x0_80_0_0_de7b1cdda31d76b956e3390b0a735a20.jpg
BAKI, 2 mart — Sputnik. Türkmənistan Prezidenti sammitin keçirilməsi təşəbbüsünə görə azərbaycanlı həmkarına təşəkkür edib. Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Sərdar Berdiməhəmmədov deyib ki, pandemiya qlobal inkişafa ciddi təsir edib, bu həm siyasi əlaqələr, həm sosial-iqtisadi, həm də humanitar sahələrə aiddir. "Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir. Təşkilatın əməkdaşlıq üçün aydın gündəliyi var. Birgə səylər nəticəsində biz pandemiyanın nəticələrinin öhdəsindən gələ bilərik. Əməkdaşlığımızı gücləndirməliyik. Mən əminəm ki, hər bir ölkənin öz nailiyyətləri var və biz bir-birimizin nailiyyətlərini öyrənə bilərik. Təklif edirik ki, biz vahid informasiya bankı yaradaq və bütün ölkələrin buna girişi olsun. Tibb sahəsində əməkdaşlığı gücləndirməli və təması artırmalıyıq. Bununla bağlı təşəbbüs irəli sürə bilərik. Qlobal səviyyədə koordinasiyalı şəkildə işləmək vacibdir. Tibbi sahəsində əməkdaşlıq üçün mexanizm nəzərdə keçirə bilərik". Türkmənistan Prezidenti ölkəsinin bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb: "Biz BMT-nin digər humanitar təşkilatları ilə sıx təmasda olmalıyıq. Biz özümüzün iqtisadi gündəliyimizi təbliğ etməliyik, proteksionizmə, süni maneələrə qarşı bir mexanizm yaratmalı, resursların ədalətli bölünməsini təmin etməliyik. Dayanıqlı sülh və stabillik mümkün olduğu halda inkişafa nail ola bilərik. Biz platforma olaraq bu istiqamətdə çalışmalıyıq. Dialoq sülh üçün qarantiyadır. Mən effektiv sədrliyinə görə Azərbaycan bir daha təşəkkür edirəm".
https://sputnik.az/20230302/bakida-qosulmama-herekatinin-zirve-gorusu-kecirilir-452299235.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452311779_56:0:944:666_1920x0_80_0_0_aab6034ba5f71e3f4a219cb92a8d6c33.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoşulmama hərəkatı, sərdar berdımühəmmədov
qoşulmama hərəkatı, sərdar berdımühəmmədov
Türkmənistan Prezidenti: Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir
13:55 02.03.2023 (Yenilənib: 14:26 02.03.2023) Türkmənistan lideri bildirib ki, pandemiya qlobal inkişafa ciddi təsir edib, bu həm siyasi əlaqələr, həm sosial-iqtisadi, həm də humanitar sahələrə aiddir.
BAKI, 2 mart — Sputnik. Türkmənistan Prezidenti sammitin keçirilməsi təşəbbüsünə görə azərbaycanlı həmkarına təşəkkür edib.
Bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Sərdar Berdiməhəmmədov deyib ki, pandemiya qlobal inkişafa ciddi təsir edib, bu həm siyasi əlaqələr, həm sosial-iqtisadi, həm də humanitar sahələrə aiddir.
"Qoşulmama Hərəkatı humanizmi, ədaləti və bərabərliyi təbliğ edir. Təşkilatın əməkdaşlıq üçün aydın gündəliyi var.
Birgə səylər nəticəsində biz pandemiyanın nəticələrinin öhdəsindən gələ bilərik. Əməkdaşlığımızı gücləndirməliyik. Mən əminəm ki, hər bir ölkənin öz nailiyyətləri var və biz bir-birimizin nailiyyətlərini öyrənə bilərik. Təklif edirik ki, biz vahid informasiya bankı yaradaq və bütün ölkələrin buna girişi olsun.
Tibb sahəsində əməkdaşlığı gücləndirməli və təması artırmalıyıq. Bununla bağlı təşəbbüs irəli sürə bilərik. Qlobal səviyyədə koordinasiyalı şəkildə işləmək vacibdir. Tibbi sahəsində əməkdaşlıq üçün mexanizm nəzərdə keçirə bilərik".
Türkmənistan Prezidenti ölkəsinin bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini vurğulayıb:
"Biz BMT-nin digər humanitar təşkilatları ilə sıx təmasda olmalıyıq. Biz özümüzün iqtisadi gündəliyimizi təbliğ etməliyik, proteksionizmə, süni maneələrə qarşı bir mexanizm yaratmalı, resursların ədalətli bölünməsini təmin etməliyik. Dayanıqlı sülh və stabillik mümkün olduğu halda inkişafa nail ola bilərik. Biz platforma olaraq bu istiqamətdə çalışmalıyıq. Dialoq sülh üçün qarantiyadır. Mən effektiv sədrliyinə görə Azərbaycan bir daha təşəkkür edirəm".