Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisinin gimnastı Dünya Kubokunda finala vəsiqə qazanıb

© AFP 2023 / INA FASSBENDER
  - Sputnik Azərbaycan, 1920, 02.03.2023
Abunə olmaq
27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub
BAKI, 2 mart — Sputnik. Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.
Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub. Bu, Simonovun finala adlaması üçün yetərli olub.
Qeyd edək ki, ötən il Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışında N.Simonov halqalarla çıxışına görə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Xəbər lenti
0