https://sputnik.az/20230228/bayramov-ermenistan-terefi-sulh-muqavilesi-ile-bagli-isde-qeyri-konstruktiv-movqe-tutub-452241366.html
Bayramov: Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı işdə qeyri-konstruktiv mövqe tutub
Bayramov: Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı işdə qeyri-konstruktiv mövqe tutub
Sputnik Azərbaycan
Rusiya və Azərbaycanın xarici işlər nazirləri - Sergey Lavrov və Ceyhun Bayramov Bakıda danışıqlardan sonra mətbuat konfransı keçiriblər. 28.02.2023, Sputnik Azərbaycan
2023-02-28T16:33+0400
2023-02-28T16:33+0400
2023-02-28T16:44+0400
ceyhun bayramov
azərbaycan xəbərləri
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
rusiya
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230531_0:0:3071:1728_1920x0_80_0_0_ba972f5f488cfb2401a4b5467aa531a2.jpg
BAKI, 28 fevral — Sputnik. Azərbaycan Ermənistan tərəfinin sülh müqaviləsi kimi ən mühüm sənəd üzərində işə dair davam edən qeyri-konstruktiv mövqeyini təəssüf hissi ilə qeyd edir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında deyib. "Bilirsiniz ki, bu iş 2022-ci ilin oktyabrında başlayıb və bu nisbətən qısa müddət ərzində Ermənistan tərəfinin davamlı olaraq yaratdığı müxtəlif maneələri müşahidə etmişik. Əgər ilkin mərhələdə bu, heç vaxt dilə gətirilməyən bəzi ideyaları ortaya atırdısa, bu müqaviləyə bir növ mücərrəd çərçivə xarakteri verməyə çalışırdısa, Moskvada əvvəlcədən nəzərdə tutulmuş və razılaşdırılmış üzbəüz görüşdən bir gün əvvəl danışıqların üçüncü mərhələsini keçirmək üçün Ermənistan tərəfi boykot edib və bu formatda iştirak etməkdən imtina edib", - deyə Bayramov bildirib. Nazir qeyd edib ki, eyni zamanda, bəzi görüşlərə, başqa formatlarda müzakirələrə hazırlıq elan edilir, lakin nədənsə münaqişədən sonrakı normallaşmanın ən vacib elementi mötərizədə qalır. "Bu konteksti nəzərə alaraq, biz real nəticə əldə etməyə çalışaraq, prosesi tam dayandırmamaq üçün hələ də bütün mövcud imkanlardan istifadə etməyə çalışırıq və hazırda demək olar ki, sülh sazişi layihəsi ilə bağlı şərhlər göndərildikdə, biz onlayn diplomatiya ilə məşğul oluruq", - deyə Bayramov deyib. Onun fikrincə, Ermənistan tərəfi öz mövqeyini nə qədər tez dəyişib danışıqlar masasına qayıtsa, sülh prosesi üçün bir o qədər faydalı olar.
https://sputnik.az/20230228/lavrov-umid-edirik-kiucterefli-isci-qrupu-tezlikle-raziliga-gele-bilecek-452235882.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452230531_342:0:3071:2047_1920x0_80_0_0_1a98ba0bffdd3f9c684346dc1452f4ac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rusiya, azərbaycan
ceyhun bayramov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, rusiya, azərbaycan
Bayramov: Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı işdə qeyri-konstruktiv mövqe tutub
16:33 28.02.2023 (Yenilənib: 16:44 28.02.2023) Rusiya və Azərbaycanın xarici işlər nazirləri - Sergey Lavrov və Ceyhun Bayramov Bakıda danışıqlardan sonra mətbuat konfransı keçiriblər.
BAKI, 28 fevral — Sputnik. Azərbaycan Ermənistan tərəfinin sülh müqaviləsi kimi ən mühüm sənəd üzərində işə dair davam edən qeyri-konstruktiv mövqeyini təəssüf hissi ilə qeyd edir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında deyib.
"Bilirsiniz ki, bu iş 2022-ci ilin oktyabrında başlayıb və bu nisbətən qısa müddət ərzində Ermənistan tərəfinin davamlı olaraq yaratdığı müxtəlif maneələri müşahidə etmişik. Əgər ilkin mərhələdə bu, heç vaxt dilə gətirilməyən bəzi ideyaları ortaya atırdısa, bu müqaviləyə bir növ mücərrəd çərçivə xarakteri verməyə çalışırdısa, Moskvada əvvəlcədən nəzərdə tutulmuş və razılaşdırılmış üzbəüz görüşdən bir gün əvvəl danışıqların üçüncü mərhələsini keçirmək üçün Ermənistan tərəfi boykot edib və bu formatda iştirak etməkdən imtina edib", - deyə Bayramov bildirib.
Nazir qeyd edib ki, eyni zamanda, bəzi görüşlərə, başqa formatlarda müzakirələrə hazırlıq elan edilir, lakin nədənsə münaqişədən sonrakı normallaşmanın ən vacib elementi mötərizədə qalır.
"Bu konteksti nəzərə alaraq, biz real nəticə əldə etməyə çalışaraq, prosesi tam dayandırmamaq üçün hələ də bütün mövcud imkanlardan istifadə etməyə çalışırıq və hazırda demək olar ki, sülh sazişi layihəsi ilə bağlı şərhlər göndərildikdə, biz onlayn diplomatiya ilə məşğul oluruq", - deyə Bayramov deyib.
Onun fikrincə, Ermənistan tərəfi öz mövqeyini nə qədər tez dəyişib danışıqlar masasına qayıtsa, sülh prosesi üçün bir o qədər faydalı olar.