Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Ümid edirik ki, üçtərəfli işçi qrupu tezliklə razılığa gələ biləcək"

© Sputnik / Murad OrujovГлавы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров
Главы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 28.02.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüş zamanı Bakı ilə İrəvan arasında nizamlanma məsələləri müzakirə olunub.
BAKI, 28 fevral — Sputnik. Rusiya ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycandan ibarət üçtərəfli işçi qrupu tezliklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı razılığa gələ biləcək. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
"Biz Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə danışıqlar prosesinin gedişi barədə danışdıq. Ümid edirik ki, yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutundan istifadənin bərpası ilə bağlı konkret razılıqların əldə edilməsi məsələsini həll edə biləcəklər", - Lavrov bildirib.
O qeyd edib ki, görüş zamanı Bakı ilə İrəvan arasında nizamlanma məsələləri müzakirə olunub.
"Biz Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanatların bütün müddəalarının ciddi şəkildə yerinə yetirilməsinə sadiq olduğumuzu bir daha təsdiqlədik", - Rusiya XİN rəhbəri vurğulayıb.
Azərbaycan dəfələrlə Ermənistanın Sünik rayonu ərazisindən keçərək Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istəyini dəfələrlə bəyan edib. Avtomobil və dəmir yollarının çəkilməsi nəzərdə tutulur. Bu, digər məsələlərlə yanaşı, Türkiyəni Xəzər dənizi vasitəsilə Naxçıvan, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək.
2021-ci il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Moskvada keçirilən görüşündə regional kommunikasiyaların açılmasına dair razılıq əldə olunub. Sonra bu məqsədlər üçün üç ölkənin baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupunun yaradılması qərara alınıb.
Xəbər lenti
0