Ulu öndər Heydər Əliyev - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Heydər Əliyev ili

Rusiya Heydər Əliyevin 100 illiyini qeyd edəcək

© Sputnik / Виталий БелоусовSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Lavrov qeyd edib ki, planlaşdırılan tədbirlər iki ölkə vətəndaşlarının bir-birinə, tarixə, dostluğa, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək.
BAKI, 27 fevral - Sputnik. "Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik".
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Rusiya XİN-in rəhbəri deyib: “Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək”.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü başlayıb - Sputnik Azərbaycan, 1920, 27.02.2023
RUSİYA
Lavrov Azərbaycanda rus dilinin hökumət səviyyəsində dəstəklənməsini yüksək qiymətləndirib
Xəbər lenti
0