Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Azərbaycanda rus dilinin hökumət səviyyəsində dəstəklənməsini yüksək qiymətləndirib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü başlayıb
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü başlayıb - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Rusiya XİN başçısı rus dilinin dəstəklənməsinə, Azərbaycan vətəndaşlarının öz uşaqlarına bu dildə danışmaq imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına görə prezidentin diqqətini çox yüksək qiymətləndirib.
BAKI, 27 fevral - Sputnik. "Azərbaycanda rus dilinin dəstəklənməsinə hər cür şəraitin yaradılmasına görə hökumətin diqqətini çox yüksək qiymətləndiririk".
Bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Sizinlə tamamilə razıyam ki, vətəndaşlarımızın səfərlərinin bərpa olunması göstəriciləri bu vəziyyəti, humanitar və təhsil sahələrində əlaqələri inkişaf etdirməyə çalışmağımızı bir daha vurğulayır. Biz rus dilinin dəstəklənməsinə, bunu arzu edən Azərbaycan vətəndaşlarının həm özlərinin rus dilində danışmaları və işdə bu dildən istifadə etmələri, həm də öz uşaqlarına bu imkanı vermələri üçün hər cür şəraitin yaradılmasına şəxsən Sizin və hökumətinizin diqqətini çox yüksək qiymətləndiririk", - S.Lavrov vurğulayıb.
Xəbər lenti
0