https://sputnik.az/20230227/novbeti-tedris-iline-hazirligi-nazirlik-yox-agentlikler-aparacaq-452195609.html
Növbəti tədris ilinə hazırlığı nazirlik yox, agentliklər aparacaq
Növbəti tədris ilinə hazırlığı nazirlik yox, agentliklər aparacaq
Sputnik Azərbaycan
Emin Əmrullayev vurğulayıb ki, bunun üçün "Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T16:13+0400
2023-02-27T16:13+0400
2023-02-27T16:13+0400
tədris
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402840_0:0:3072:1728_1920x0_80_0_0_612ba5c1b92026b0924c945f6eb1aea8.jpg
BAKI, 27 fevral — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi may ayında yaradılacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, bu sahədə əsas iş geridə qalıb: "Məsələnin hüquqi normativ tərəflərinə görə, müvafiq əsasnamə hazırlanıb və aidiyyəti üzrə göndərilib. Sadəcə "Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir. Bu ilin may ayında agentliklərin yaradılması nəzərdə tutulub". Nazir, artıq növbəti tədris ilinin hazırlıqlarını Elm və Təhsil Nazirliyinin yox, agentliklərin edəcəyini bildirib. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.
https://sputnik.az/20230227/muellimler-min-manatdan-yuxari-maas-alacaqlar---nazir-452193579.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402840_341:0:3072:2048_1920x0_80_0_0_84f4df9efad98017c64cdf10091547b4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
tədris, emin əmrullayev, elm və təhsil nazirliyi
tədris, emin əmrullayev, elm və təhsil nazirliyi
Növbəti tədris ilinə hazırlığı nazirlik yox, agentliklər aparacaq
Emin Əmrullayev vurğulayıb ki, bunun üçün "Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir.
BAKI, 27 fevral — Sputnik. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi may ayında yaradılacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, bu sahədə əsas iş geridə qalıb: "Məsələnin hüquqi normativ tərəflərinə görə, müvafiq əsasnamə hazırlanıb və aidiyyəti üzrə göndərilib. Sadəcə "Elm haqqında" və "Təhsil haqqında" qanunlara müvafiq dəyişikliklər edilməlidir. Bu ilin may ayında agentliklərin yaradılması nəzərdə tutulub".
Nazir, artıq növbəti tədris ilinin hazırlıqlarını Elm və Təhsil Nazirliyinin yox, agentliklərin edəcəyini bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı fərmanla Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yaradılıb.