Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlər min manatdan yuxarı maaş alacaqlar - Nazir

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Emin Əmrullayev qeyd edib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb.
BAKI, 27 fevral — Sputnik. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25%-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Onun sözlərinə görə, son 10 ildə (2014-2023-cü illər) müəllimlərin orta aylıq əməkhaqqı məbləği təxminən 3 dəfə artıb. Emin Əmrullayev qeyd edib ki, həmin müddət ərzində bu, 267 manatdan 790 manata qədər artıb.
"Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır. 29 573 nəfər müəllim 500 manata qədər, 67 499-u 500-1000 manat, 29 423-ü 1000-1500, 3103-ü 1500-2000, 216-sı 2000 manat və daha artıq əməkhaqqı alacaq", - deyə nazir bildirib.
Emin Əmrullayev onu da qeyd edib ki, bu il təxminən 35 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır. Proses bütün regionları əhatə etməklə ibtidai sinif müəllimlərini əhatə edəcək. Həmçinin azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir hissəsi sertifikatlaşdırmaya cəlb olunacaq. Nazir onu da əlavə edib ki, imtahanlarda bütün fənlər üzrə müəllimlərə əlavə 30 dəqiqə də vaxt veriləcək. Məlumat üçün bildirək ki, 11 min 133 nəfər sertifikasiyaya cəlb olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumtəhsil və dövlət peşə təhsil müəssisələrində çalışan təhsil işçilərinin aylıq vəzifə maaşları fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb.
Xəbər lenti
0