https://sputnik.az/20230227/bokscularimiz-beynelxalq-turnirde-18-medal-qazaniblar-452190744.html
Boksçularımız beynəlxalq turnirdə 18 medal qazanıblar
Boksçularımız beynəlxalq turnirdə 18 medal qazanıblar
Sputnik Azərbaycan
Yeniyetmə boksçular 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T16:48+0400
2023-02-27T16:48+0400
2023-02-27T16:48+0400
boks
idman
https://cdnn1.img.sputnik.az/img/42232/69/422326988_0:0:3059:1722_1920x0_80_0_0_52469ad26fa2db14bae31a647e7b75f0.jpg
BAKI, 27 fevral — Sputnik. Azərbaycanın gənc və yeniyetmə oğlan boksçuları Rumıniyanın Arad şəhərində keçirilmiş beynəlxalq turnirdə 18 medal qazanıblar. Federasiyanın yaydığı məlumata görə, bunlardan 7-si qızıl, 3-ü gümüş, 8-i bürünc əyarlıdır. Bu medallardan 11-nə yeniyetmə boksçular sahib olub. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər 5 finalçının rəqibi isə rumıniyalılar olub. Bu duellərdən 4-də Azərbaycan idmançıları qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə isə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub. Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar. Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib. Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıb. Beləliklə, yeniyetmə boksçular 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər. Qeyd edək ki, komanda martın 1-də Bakıya qayıdacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42232/69/422326988_253:0:2984:2048_1920x0_80_0_0_126fa2abe97dc475303ef1392558c6d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
boks
Boksçularımız beynəlxalq turnirdə 18 medal qazanıblar
Yeniyetmə boksçular 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər.
BAKI, 27 fevral — Sputnik. Azərbaycanın gənc və yeniyetmə oğlan boksçuları Rumıniyanın Arad şəhərində keçirilmiş beynəlxalq turnirdə 18 medal qazanıblar.
Federasiyanın yaydığı məlumata görə, bunlardan 7-si qızıl, 3-ü gümüş, 8-i bürünc əyarlıdır.
Bu medallardan 11-nə yeniyetmə boksçular sahib olub. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər 5 finalçının rəqibi isə rumıniyalılar olub. Bu duellərdən 4-də Azərbaycan idmançıları qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə isə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub.
Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar.
Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.
Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıb.
Beləliklə, yeniyetmə boksçular 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, komanda martın 1-də Bakıya qayıdacaq.