https://sputnik.az/20230227/azerbaycanda-kisiler-fiziki-yox-menevi-zorakiliga-daha-cox-meruz-qalir---teferruatlar--452135650.html
Azərbaycanda kişilər fiziki yox, mənəvi zorakılığa daha çox məruz qalır - Təfərrüatlar
Azərbaycanda kişilər fiziki yox, mənəvi zorakılığa daha çox məruz qalır - Təfərrüatlar
Sputnik Azərbaycan
Komitə rəsmisi bildirib ki, Azərbaycanda zorakılıq qurbanı olan kişilər daha çox övladları ilə sınağa çəkilir. 27.02.2023, Sputnik Azərbaycan
2023-02-27T10:01+0400
2023-02-27T10:01+0400
2023-02-27T10:01+0400
kişilər
cəmiyyət
zorakılıq
uşaq
qadın
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815815_0:0:3005:1691_1920x0_80_0_0_6a507a3d0390aabf8bbc15522dc5fc66.jpg
BAKI, 27 fevral — Sputnik. Ötən il Azərbaycanda 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib. Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2022-ci ildə komitəyə müraciət edən 20 kişi zorakılıq qurbanı olduqlarını bildiriblər.Komitə rəsmisinin sözlərinə görə, onların əksəriyyəti övladları və özlərini məişət zorakılığının qurbanı kimi göstərirlər:Qurum nümayəndəsi billdirib ki, bəzən boşanma olur, ana müxtəlif bəhanələrlə uşağın atası ilə görüşməsinə mane olur. Bu özü də kişilərə qarşı məişət zəmnində zorakılıq hesab edilir."Lakin qeyd edim ki, nə 2022-ci il, nə də ki 2021-ci ildə məişət zorakılığının fiziki növünə görə hər hansı kişi ilə bağlı müraciət daxil olmayıb. Lakin 2020-ci ildə yaxın qohumu tərəfindən sağlamlıq imkanları məhdud şəxsin psixoloji zorakılığa məruz qalması ilə bağlı müraciət daxil olmuşdu. Bundan sonra həmin şəxs qızının yanına yerləşdirildi", - deyə o əlavə edib. T.Hüseynzadə deyib ki, ötən il ahıl yaşda olanlarla bağlı cəmi 6 müraciət daxil olub. Digər müraciətlər isə 18-65 yaş aralığını əhatə edib:Kişilərin hüquqları bir çox hallarda övladdları üzərindən pozulurVəkil Türkel Süleymanlı isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, valideyn-övlad münasibətlərinə yaradılan manedə daha sərt mövqe olmalıdır:"Çünki ata övladı üçün darıxır, onu görəndə rahatlaşır. Uşaq isə atasını görməyəndə ömürlük travma yaşamış olur. Uşaq daha küskün olur, düşünür ki, özü pis uşaqdır deyə atası onunla maraqlanmır. Sonradan bir çox cinayət törədən insanlar da məhz belə ailələrdən çıxmış olurlar", - deyə o əlavə edib. Vəkil onu da bildirib ki, məişət zorakılığı ilə mübarizə aparmaq üçün şəxs birbaşa yerli icra hakimiyyəti orqanına müraciət edə bilər:"Bu zaman şəxsin müdafiə tədbiri haqda qərar verilə bilər. Təbii ki, əvvəlcə fakt sübut olunmalıdır". Ekspertin sözlərinə görə, bundan başqa, şəxs əlində olan sübutlarla polisə də zəng edə bilər:"Məhkəmə də qərar verə bilər, kiminsə kiməsə yaxınlaşmasını qadağa edə bilər. Bu qərarın pozulması isə birbaşa olaraq inzibati məsuliyyət yaradır. Bu yaxınlaşma fiziki formada özünü təzahür edibsə, bu zaman cinayət məsuliyyəti yaranır", - deyə o əlavə edib. Vəkil həmçinin qeyd edib ki, vətəndaş digər hallarda Ombudsmana da müraciət edə bilər:Sonda vəkil kişilərin hüquqlarının qorunması üçün ayrıca bir qurumun yaradılmasına zərurət olmmadığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230226/qadinlar-ve-usaqlar-oz-yaxinlari-terefinden-zorakiliga-meruz-qalmamalidir---bahar-muradova-452142238.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815815_276:0:3005:2047_1920x0_80_0_0_cdd83319854148d600bb19ec9e5a06fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kişilər, zorakılıq, uşaq, qadın
kişilər, zorakılıq, uşaq, qadın
Azərbaycanda kişilər fiziki yox, mənəvi zorakılığa daha çox məruz qalır - Təfərrüatlar
Komitə rəsmisi bildirib ki, Azərbaycanda zorakılıq qurbanı olan kişilər daha çox övladları ilə sınağa çəkilir.
BAKI, 27 fevral — Sputnik. Ötən il Azərbaycanda 475 qadın və 20 kişi məişət zorakılığına məruz qalmaları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ediblər. Bunu qurumun Hüquqi təminat şöbəsinin müdiri Taliya İbrahimova “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı işləri üzrə mühafizə orderləri: beynəlxalq standartlar və Azərbaycanın milli təcrübəsi” adlı konfransda deyib.
Komitənin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2022-ci ildə komitəyə müraciət edən 20 kişi zorakılıq qurbanı olduqlarını bildiriblər.
Komitə rəsmisinin sözlərinə görə, onların əksəriyyəti övladları və özlərini məişət zorakılığının qurbanı kimi göstərirlər:
"Müraciət edən kimdirsə, onun prizmasndan məsələyə yanaşırıq. Biz kişiərin hüquqlarının pozulmasına mane oluruq. Çünki bəzən qətiyyətli şəkildə övladlar üzərindən manipulyasiya olur. Ailədə zorakılıq zamanı ailədə əslində bir nömrəli qurban uşaqdır. Şəxs müraciətində bildirir ki, övladının anası tərəfindən psixoloji və fiziki zorakılığa məruz qalıb. O ərizəsində həmçinin qeyd edir ki, övladları üzərindən ona təzyiq edilir və psixoloji zorakılığa məruz qalır".
Qurum nümayəndəsi billdirib ki, bəzən boşanma olur, ana müxtəlif bəhanələrlə uşağın atası ilə görüşməsinə mane olur. Bu özü də kişilərə qarşı məişət zəmnində zorakılıq hesab edilir.
"Lakin qeyd edim ki, nə 2022-ci il, nə də ki 2021-ci ildə məişət zorakılığının fiziki növünə görə hər hansı kişi ilə bağlı müraciət daxil olmayıb. Lakin 2020-ci ildə yaxın qohumu tərəfindən sağlamlıq imkanları məhdud şəxsin psixoloji zorakılığa məruz qalması ilə bağlı müraciət daxil olmuşdu. Bundan sonra həmin şəxs qızının yanına yerləşdirildi", - deyə o əlavə edib.
T.Hüseynzadə deyib ki, ötən il ahıl yaşda olanlarla bağlı cəmi 6 müraciət daxil olub. Digər müraciətlər isə 18-65 yaş aralığını əhatə edib:
"Konkret olaraq həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qalan ahılımız yoxdur. Bunlar ailənin digər üzvləri tərəfindən zorakılığa məruz qalanlardır. Konkret olaraq həyat yoldaşaı tərəfindənn məişət zorakılığına məruz qalan ahılımız yoxdur. Zorakılıq olan ailədə inanmıram ki, kimsə 70 yaşadək dözsün".
Kişilərin hüquqları bir çox hallarda övladdları üzərindən pozulur
Vəkil Türkel Süleymanlı isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, valideyn-övlad münasibətlərinə yaradılan manedə daha sərt mövqe olmalıdır:
"Çünki bəzi hallarda qadınlara görə bir az yumşaq yanaşma olur. Bəzən aliment bəhanə olaraq irəli sürülür. Ata tərəfindən alimentin verilməməsi qanun pozuntusudur. Belə olan halda uşağın maddi rifahı pozulur. Amma qadın da başa düşməlidir ki, uşağı atasına göstərməməklə qarşı tərəfi deyil, övladını cəzalandırmış olur".
"Çünki ata övladı üçün darıxır, onu görəndə rahatlaşır. Uşaq isə atasını görməyəndə ömürlük travma yaşamış olur. Uşaq daha küskün olur, düşünür ki, özü pis uşaqdır deyə atası onunla maraqlanmır. Sonradan bir çox cinayət törədən insanlar da məhz belə ailələrdən çıxmış olurlar", - deyə o əlavə edib.
Vəkil onu da bildirib ki, məişət zorakılığı ilə mübarizə aparmaq üçün şəxs birbaşa yerli icra hakimiyyəti orqanına müraciət edə bilər:
"Bu zaman şəxsin müdafiə tədbiri haqda qərar verilə bilər. Təbii ki, əvvəlcə fakt sübut olunmalıdır".
Ekspertin sözlərinə görə, bundan başqa, şəxs əlində olan sübutlarla polisə də zəng edə bilər:
"Məhkəmə də qərar verə bilər, kiminsə kiməsə yaxınlaşmasını qadağa edə bilər. Bu qərarın pozulması isə birbaşa olaraq inzibati məsuliyyət yaradır. Bu yaxınlaşma fiziki formada özünü təzahür edibsə, bu zaman cinayət məsuliyyəti yaranır", - deyə o əlavə edib.
Vəkil həmçinin qeyd edib ki, vətəndaş digər hallarda Ombudsmana da müraciət edə bilər:
"Kişi fiziki, mənəvi cəhətdən zəif ola bilər. Ola bilər ki, xanmı da çox zabitəlidir. Belə qadın kişiyə fiziki cəhətdən də xətər yetirə bilər. Bundan başqa, mədəniyyət məsələsi də var, ola bilər ki, kişi daha mədəni insandır".
Sonda vəkil kişilərin hüquqlarının qorunması üçün ayrıca bir qurumun yaradılmasına zərurət olmmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.