CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qadınlar və uşaqlar öz yaxınları tərəfindən zorakılığa məruz qalmamalıdır - Bahar Muradova

© Photo : REPORT IABahar Muradova
Bahar Muradova - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Abunə olmaq
Komitə sədri bildirib ki, dövlət orqanları bu kimi hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşəni vəzifəni yerinə yetirməyə çalışır.
BAKI, 26 fevral - Sputnik. “Cəmiyyətimiz məişət zorakılığı məsələlərində vahid mövqe sərgiləməlidir”. Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədrinin sözlərinə görə, qadınların məişət zorakılığına məruz qalması məsələlərində komitə digər əlaqədar dövlət qurumları ilə fəaliyyət həyata keçirir:

“Konkret faktlarla bağlı məsələlər məqamı gəldikdə açıqlanır. Əmin olun ki, dövlət orqanları bu kimi hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşəni vəzifəni yerinə yetirməyə çalışır”.

Qurum rəhbəri qeyd edib ki, qadınlar və uşaqlar öz evində öz yaxınları tərəfindən zorakılığa məruz qalmamalı, onların həyatına qəsd edilməməlidir.
"Təəssüf ki, bu hədəfə çatmaq yolunda bir sıra maneələr var. Bu maneələri isə bir yerdə dəf etməyə çalışmalıyıq”, - deyə B.Muradova bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0